Gündəm

Qış pəhrizi

3 Oktyabr 2017 18:48

Qış elə bir fəsildir ki, istər-istəməz artıq kilolar meydana gəlir və qalın geyim onları “ört-bastır” edir. Nəticədə, biz qış boyu qazandığımız artıq çəkilərdən yalnız yaz-yay aylarında xilas olmağa başlayırıq. Amma bu qədər gözləməyə dəyməz! Hər fəslin öz pəhrizinə əməl etməklə, artıq çəkidən xilas olmaq mümkündür.

ABŞ alimləri: "Pul saymaq ağrını azaldır"

3 Oktyabr 2017 18:43

ABŞ-ın Minnesot Universitetinin mütəxəssisləri çox maraqlı bir araşdırma aparıblar. Bu dəfə araşdırmanın əsas mahiyyəti pulla bağlıdır. Qeyd edək ki, nəticələr də gözlənilməz olub. Sən demə, pul banknotları və qəpikləri ibuprofen və aspirin kimi ağrıkəsici dərmanların əvəzində işlətmək mümkündür. Bir çox insan üzərində aparılan araşdırmalar zamanı bəlli olub ki, özlərini çox pis hiss edən şəxslər pul sayandan sonra ağrıları ilə bağlı özlərini daha az narahat hiss edirlər. Universitetin alimləri bu qəribə nəticəni çox sadə səbəblərlə izah ediblər.

Qvardiola: "Mən olsam, bu oyuna çıxmazdım"

3 Oktyabr 2017 18:39

"Mançester Siti"nin baş məşqçisi Qvardiola Kataloniyada baş verənlərə rəğmən "Barselona" - "Las Palmas" matının təxirə salınmamasını tənqid edib.  "Barselona"nın sabiq çalışdırıcısı Katalon mətbuatına açıqlamasında belə deyib: "Bu oyun keçirilməməli idi. Madam ki, oynamağa qərar verilib, o zaman azarkeşlər də stadionda olmalı idi. Mən olsam, bu oyuna çıxmazdım". 

Oğlan efirdə sevgilisinə evlilik təklifi etdi - VİDEO

3 Oktyabr 2017 18:35

Britaniyada yayımlanan "X Factor" verilişində maraqlı anlar yaşanıb. Verilişə qatılan Sam Black hər kəsin diqqətini cəlb etməyi bacarıb. Belə ki, o, yayım zamanı sevgilisinə evlənmə təklifi edib. Tamaşaçılar onu ayaqüstə alqışlayıblar. Lakin veriliş efirə gedəndən sonra izləyicilər bunun qurma olduğunu düşünüblər. Belə ki, Samın anidən səhnəyə dəvət olunan sevgilisinin boynunda mikrofon olması izləyicilərdə şübhə yaradıb. Sosial şəbəkələrdə müzakirə olunan video birmənalı qarşılanmayıb.

"Barselona"nın yarımmüdafiəçisi əməliyyat olundu

3 Oktyabr 2017 18:30

"Barselona"nın futbolçusu Rafinya Alkantara sağ dizindən əməliyyat olunub. 24 yaşlı yarımmüdafiəçinin bərpa müddətinin 2 ay çəkəcəyi bildirilib. Onun 2018-ci ilin əvvəlində "Barsa"da məşqlərə başlayacağı gözlənilir.

Evans Azərbaycana güvənir

3 Oktyabr 2017 18:26

Bizi Almaniya ilə ağır oyun gözləyir. Bu matç Şimali İrlandiya üçün taleyüklüdü.Bunu  Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans deyib. DÇ-2018-in seçmə mərhələsinin C qrupunda yer alan Britaniya təmsilçisi sona 2 tur qalmış aktivində 19 xalla ikinci pillədə qərarlaşıb. Almaniya millisindən 5 xal geri qalan Maykl Onilin yetirmələri oktyabrın 5-də məhz Bundestimi qəbul edəcək.

Təhsil işçilərinə medal və fəxri adlar verilib - SİYAHI

3 Oktyabr 2017 18:22

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb

3 Oktyabr 2017 18:19

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Alla Vəzirova "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edildi

3 Oktyabr 2017 18:15

Prezident İlham Əliyev A.İ.Vəzirovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Kamal Abdullayevə Prezidentin fərdi təqaüdü verildi

3 Oktyabr 2017 18:14

Prezident İlham Əliyev K.M.Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

İtaliya millisinin yeni loqosu - Şəkillər

3 Oktyabr 2017 18:14

İtaliya Futbol Federasiyası yeni loqosunu ictimaiyyətə təqdim edib. Yeni loqoda ölkənin dünya kubokundakı qalibiyyətini təmsil edən 4 ulduz yuxarı hissədə yer alıb. Yeni loqo İtaliyanın bütün futbol milli komandalarının formasında olacaq. 

Azərbaycanın qadın voleybol millisinə 2 milyon manat ayrıldı

3 Oktyabr 2017 18:13

Prezident İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Putin Dağıstanın yeni rəhbərinin ADINI AÇIQLADI

3 Oktyabr 2017 18:11

Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib. Onun vəzifəsinin icrası müvəqqəti olaraq Vladimir Vasilyevə həvalə olunub.

Van Persinin məvacibini FİFA ödəyəcək

3 Oktyabr 2017 18:11

"Fənərbağça"nın futbolçusu Van Persinin millidə aldığı zədəsi 28 günü keçib. Bu səbəbdən də futbolçunun aylıq maaşı FİFA tərəfindən ödəniləcək.