Gündəm

Keçmiş nişanlısı məşhur müğənnini ziyana saldı – 72 min dollar

3 Oktyabr 2017 20:10

Məşhur türk müğənnisi Alişanı keçmiş nişanlısı Eda Erol ziyana saldı. Olaylar bildirir ki, noyabr ayında evliliyi düşünən Alişan kiraladığı lüks villa üçün hər ay 6 min dollar ödəməli idi. Bir illik kirayəni ödəyən müğənni sentyabr ayında nişanlısı Eda Eroldan ayrıldı.

Mehriban Zeynalova: "Qərb mediası Azərbaycana qarşı piar qurmaq üçün fürsət axtarır"

3 Oktyabr 2017 20:00

“Şəxs öz vəziyyətilə bağlı məlumatlıdırsa, müalicə üçün qeydiyyatdadırsa və buna rəğmən müalicədən imtina edərək cəmiyyətə ciddi təhlükə yaradırsa, bu istənilən ölkədə cinayət hesab olunur”.

Sosioloq: "Bu hərəkətləri küçədə hetero insan da etsə, eyni münasibətlə üzləşəcək"

3 Oktyabr 2017 19:52

“Son hadisələr və müşahidələr bunu deməyə əsas verir ki, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlar yüngül həyat tərzi keçirirlərsə, küçələrdə öz xidmətlərini təklif edirlərsə, onların arasında cinsi yolla keçən xəstəlik daşıyıcılarının sayı da artır”. Bunu sosioloq Cavid İmamoğlu deyib. Onun sözlərinə görə, beynəlxalq təcrübə, aparılan araşdırmalar göstərir ki, cinsi davranış və cinsi yolla xəstəliyə yoluxmaq riski daha böyükdür: “Məsələn, Amerika və Avropada aparılan tədqiqatlar göstərib ki, homoseksual münasibəti olan, məsələn, biseksual qadın və biseksual kişilər arasında cinsi yolla keçən xəstəliklərin sayı daha çoxdur, nəinki heteroseksual həyat yaşayanlar arasında. Azərbaycanla bağlı heç bir araşdırma, məlumat bazası olmadığına görə, biz tədqiqata söykənən fikir deyə bilmirik.

“Multi-SIM” həlli eyni abunəçi nömrəsini müxtəlif qurğularda istifadə edəcək

3 Oktyabr 2017 19:45

“Ericsson” şirkəti eyni abunəçi nömrəsini bir-biri ilə əlaqəsi olmayan bir neçə qurğuda istifadə etməyə imkan verəcək yeni “Multi-SIM” həllini nümayiş etdirib. Bu, ilk növbədə “ağıllı” saatlar və bir sıra hallarda smartfondan ayrı istifadə edilən digər portativ qurğular üçün lazımdır. Bundan başqa, yeni həll məsələn, “ağıllı” avtomobil, eləcə də telefonu əvəzləyən uşaqlar və ahıl insanlar üçün nəzərdə tutulan müxtəlif qurğularda tətbiq oluna bilər.  

Smartfonlarda bildirişlər əhval-ruhiyyəyə pis təsir göstərir?

3 Oktyabr 2017 19:40

Müasir mobil telefon istifadəçiləri hər gün sosial şəbəkələrdən çoxlu sayda bildirişlər alırlar. Bildirişlər ani reaksiya və diqqət tələb edərək istifadəçilərin fəaliyyətini daima pozur. Nottinqem Trent Universitetinin mütəxəssislərinin qənaətinə görə, bildirişlər əhval-ruhiyyəyə pis təsir göstərir.

Londonda “ağıllı” skamyalar quraşdırılacaq

3 Oktyabr 2017 19:36

“Ford” avtomobil konserni və “Strawberry Energy” startapı Londonda günəş batareyaları ilə işləyən “ağıllı” skamyaların qurulması üzrə layihəni istifadəyə verib.  

“Huawei Mate 10 Pro” smartfonunun dizaynı məlum olub

3 Oktyabr 2017 19:30

Hazırlanan smartfonlar barədə vaxtaşırı məlumatlar sızdıran məşhur bloger Evan Blass bu dəfə “Huawei Mate 10 Pro” smartfonunun görünüşünü nümayiş etdirib.

Holoqrafik bədənə malik süni intellekt mehmanxanada qapıçı işləyə bilər

3 Oktyabr 2017 19:24

“VNTANA” və “Satisfi Labs” şirkətləri tərəfindən elan edilmiş yeni platforma sahibkarlara biznesdə istifadə məqsədilə öz holoqrafik robot köməkçilərini yaratmağa imkan verəcək. Yeni layihə müştərilərlə qarşılıqlı əlaqə yaratmaq qabiliyyətinə malik robotun holoqrafik bədəninin yaradılması üçün özündə süni intellekt və artırılmış reallıq texnologiyalarını birləşdirir.

İki sürücü yerinə malik “Toyota” robot avtomobili təqdim olunub

3 Oktyabr 2017 19:19

“Toyota” şirkəti iki sürücü yeri ilə təchiz edilən robot avtomobil təqdim edib. Eksperimental nümunə “Toyota Research Institute” (TRI) mühəndisləri tərəfindən “Sensor System 2.0” ötürücüləri əsasında hazırlanıb.

Yeni texnologiya otaqdakı istənilən əşyanı məsafədən idarəetmə pultuna çevirəcək

3 Oktyabr 2017 19:13

Yeni texnologiyanın yaradıcıları əmin edirlər ki, tezliklə otaqda məsafədən idarəetmə pultunun axtarışı ilə bağlı əzablı dəqiqələr sona çatacaq. Artıq əl altında olan istənilən əşya vasitəsilə televizoru idarə etmək mümkün olacaq.

Videooyunlarda təsviri hamarlayan HDMI kabel yaradılıb

3 Oktyabr 2017 19:09

"Hamarlama" (anti-aliasing) texnologiyası olmadan müasir videooyunları təsəvvür etmək çətindir. Bu texnologiya çoxsaylı üçölçülü obyektlərin kənar hissələrində yaranan "nərdivan effekti”ni aradan qaldırmaqda istifadə olunur. Bir qayda olaraq, hamarlamanın keyfiyyəti alqoritmin mürəkkəbliyi və hesablama gücündən asılıdır. Lakin “Marseille” şirkətinin  mühəndisləri tərəfindən hazırlanmış HDMI kabeli təsvirin hamarlanmasını həyata keçirir.

Fransada futbol qarşılaşmasından əvvəl terrorun qarşısı alındı

3 Oktyabr 2017 19:04

Futbol üzrə Fransa çempionatının VIII turu çərçivəsində keçirilən PSJ - "Bordo" oyunundan qabaq terror aktının qarşısı alınıb. Matçın baş tutduğu "Park de Prens" stadionunda mobil telefon zəngi ilə işə salınmağa hazır olan bomba aşkarlanıb. Fransanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı 5 şübhəli şəxsi həbs edib. Onlardan biri əvvəlcədən nəzarət altında olub.

Sıla hamilədir

3 Oktyabr 2017 19:00

Aktyor Ahmet Kuralla sevgili olan müğənni Sıla hamilədir.  Məlumata görə, bu barədə “Duymayan kalmasın” verilişində deyilib. Eyni evdə yaşayan cütlük bu xəbəri hər kəsdən gizlətməyə çalışır. Ahmet ata olacağı xəbərini sevinclə qarşılasa da, bəd-nəzərdən qorxan Sıla susmağa üstünlük verir.

"Fantastik məşqçidi, amma kişi deyil" - İbrahimoviçin məşhur sitatları

3 Oktyabr 2017 18:55

Bu gün "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç üçün xüsusi gündü. Dünya futbolunda özünəməxsus yeri olan forvard 36 yaşını qeyd edir. Karyerası ərzində daim aparıcı klublarda çıxış etmiş "İbra" meydandakı oyunu, vurduğu qollarla yanaşı, açıqlamaları ilə də tez-tez diqqət mərkəzinə düşməyi bacarır. Bu yazıda İsveç yığmasının sabiq üzvünün müxtəlif vaxtlarda dediyi maraqlı fikirlərə yer verdik...

Yüksək qızdırmadan təbii yollarla qurtulun!

3 Oktyabr 2017 18:52

Müxtəlif xəstəliklər nəticəsində yüksələn temperatur bədəndə ciddi ziyanlara səbəb ola bilir. Yüksək temperaturun gəlişini xəbər verən ən əsas əlamətlər isə üşümə hissi və bədənin nəzarət edilə bilməyəcək şəkildə titrəməsidir deyən mütəxəssislər bu qarışıqların yüksək atəşi salmağa təsirli olduğunu bildirir: