Gündəm
Lerikə 20 sm qalınlığında qar yağdı
Oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.
Ermənistanın “MƏXFİ” qriflə gizlətdiyi SİRLƏR ÜZƏ ÇIXDI - Düşmən ordusu DARDA
Ermənistan müdafiə naziri Viqen Sarkisyan bu posta təyin olunmasından ötən bir il ərzində görülən işlərlə bağlı hesabat verib. V.Sarkisyan Ermənistan ordusunda hər şeyin yaxşı olduğunu, hərbi qulluqçuların sosial problemlərinin həll edildiyini iddia edib. Lakin Ermənistan ictimaiyyəti müdafiə nazirinin yalan danışdığını hesab edir.
Qlobal təhlükə: yay fəsli uzanır - Azərbaycan hərəkətə keçdi
Son 100 ildə Azərbaycanda orta temperatur təxminən 1 dərəcə yüksəlib. Qlobal İqlim dəyişməsinin gələcək xüsusiyyətlərindən biri fəsillərin qanunauyğunluğunda müəyyən dəyişmələrdir. İsti fəslin, yəni yayın ömrü uzanacaq, soyuq fəslin - qışın ömrü azalacaq. Bu problem qlobal problemdir, planetimiz yavaş-yavaş qızmaqdadır.
Professor Ə.M.Rəcəbliyə həsr olunmuş elmi sessiya
Tarixi Muzeyində görkəmli tarixçi, numizmat-alim, muzeyin qocaman əməkdaşı, Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin 90 illik yubiley tədbiri keçirilib. Tədbirdə Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akad. Nərgiz Axundova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, tarixçilər, arxeoloqlar, muzeyin kollektivi və b. iştirak ediblər. Olaylar bildirir ki, tədbiri Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı giriş sözü ilə açaraq qonaqları salamladı və prof. Əli Rəcəblini yubileyi münasibətilə təbrik etdi. O, bildirdi ki, ömrünün yarıdan çoxunu - 64 ilini numizmatika sahəsinə, muzeyə həsr etmiş alim böyük yaradıcılıq yolu keçmiş və uğurlar əldə etmişdir. Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva iştirakçılara yubilyar alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Tədbirdə tarixçi alimə həsr olunan slayd-film nümayiş olundu.
Nazpəri Dostəliyevanın yalan vədləri və diqqətsizliyi...
“Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva Mədəniyyət və İncəsənət Univrsitetində vokal müəlliməm olub. Nazpəri xanım gözəl səsli sənətçimizdir, fəxrimizdir. Amma buna baxmayaraq, mənə qarşı edilən haqsızlıqlara göz yuma bilmirəm. Belə ki, o, mənə vəd verdiyi və böyük ümidlərlə gözlədiyim sözdə dəstəyini bu günə qədər əsirgəyib.” Bunu xalq artistinin tələbəsi, müğənni Aref Kemal mətbuata açıqlamasında deyib. O, bildirib ki, Nazpəri Dostəliyevanın ona qarşı laqeyd münasibəti dəfələrlə olub:
Çin nümayəndə heyəti ilə görüş keçirilib
Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Şanxay Əməkdaşlıq Təşkilatı Sərhəd Əməkdaşlıq Komitəsinin Baş katibinin müavini professor Vey Vanın rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının Beynəlxalq Hüquq Hazırlığı və Əməkdaşlığı Mərkəzinin Şanxay Siyasi-Hüquq Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Olaylar bildirir ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çinin “İpək yolu iqtisadi qurşağı” və “XXI əsrin Dəniz İpək yolu” layihələrini birləşdirən “Bir kəmər - bir yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. O, həmçinin Azərbaycana ŞƏT tərəfindən dialoq üzrə tərəfdaş statusu verildiyini vurğulayıb. Eyni zamanda, ŞƏT üçün aktual olan, Azərbaycanın zəngin təcrübəsinin olduğu sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib. Görüşdə Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua Çinin “Bir kəmər - bir yol” qlobal layihəsinin tarixi İpək yolunun dirçəlməsi istiqamətində tədqiqatlar aparan Konfutsi İnstitutunun tədris prosesində rolu və ictimai fəaliyyəti barədə məlumat verib.
Ukraynadan siyasi sığınacaq istədi
Kişilər keçmiş sevgililərini niyə UNUDA BİLMIR?
Uzun illər birlikdə olan, sevgi-məhəbbətdən dəli olan cütlüklərin ayrıldıqdan sonrakı vəziyyəti hər zaman psixoloqların marağına səbəb olub. Adəti üzrə ayrılan cütlüklərdə müşahidə edilən hallar: ilk olaraq telefon nömrələri dəyişdirilir və mesajlar arxivi, fotoşəkillər silinir. Sonrakı həyatda düşmən olurlar, bacardıqca ortaq dostlardan uzaq gəzirlər, birlikdə gedilən məkanlar hər iki tərəf üçün məzarlığı xatırladır və s. Bu vəziyyət ayrılan cütlüklərin 80%-də müşahidə olunur.
İspaniya kralı Kataloniyadakı referendum barədə bəyanat verdi
İspaniya kralı VI Felipe bəyan edib ki, Kataloniya hökuməti ölkə konstitusiyasını pozur. Onun bəyanatı ölkə başçısının rəsmi saytında yerləşdirilib. “Kataloniyada yerli hakimiyyət özünü qanun və demokratiyadan kənarda göstərdi. Onlar İspaniyanın birliyini sındırmaq istəyirlər. Öz məsuliyyətsiz hərəkətləri ilə onlar Kataloniyanın və bütün İspaniyanın iqtisadiyyatını və sosial stabilliyini təhlükə altına atırlar”, – bəyanatda deyilir.
Dağıstana təyin ediləcək yeni başçı azərbaycanlıdır – İDDİA
Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefasını qəbul edib. Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasının lideri Vladimir Vasilyevə həvalə olunub.
15 diplomat ölkədən qovuldu
ABŞ Kubanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 15 diplomatı ölkədən çıxarmaq qərarı verib. Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, diplomatların ölkədən çıxarılması ilə bağlı Kuba hökuməti məlumatlandırılıb.
"Ultimatum" adlı sənədli filmi təqdim olunacaq
Oktyabrın 4-də saat 11:00-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış “Milli-mənəvi dəyərimiz olan Azərbaycan odusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyinin təbliği” adlı layihənin təqdimatı keçiriləcək. Olaylar bildirir ki, tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən tarixi döyüşlərə həsr edilmiş eni 2 və uzunluğu 11metr olan rəsm əsərinin və həmin rəsm əsərində canlandırılan həmvətənlərimizin xilası uğrunda canlarını qurban verərək həlak olmuş Milli Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən "Ultimatum" adlı sənədli filmin təqdimatı keçiriləcək.
“ASAN xidmət”in uğuru İndoneziya mətbuatında
İndoneziya “ASAN xidmət” təcrübəsi əsasında inteqrasiya olunmuş dövlət xidmətləri göstərən vahid mərkəz açmağa hazırlaşır. Olaylar bildirir ki, bu barədə İndoneziyanın nüfuzlu mətbu orqanında qeyd olunub. Məqalədə ötən həftə İndoneziya Prezidentinin xüsusi elçisi, eyni zamanda İndoneziyanın İnzibati və Bürokratik İslahatlar nazirinin müavininin başçılıq etdikləri nümayəndə heyətlərinin ölkəmizdə səfəri, “ASAN xidmət” modeli ilə yaxından tanış olmaları barədə geniş məlumat yer alıb. “ASAN xidmət”in uğurları, 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi xüsusi vurğulanıb. Azərbaycanda inteqrasiya olunmuş dövlət xidmətləri göstərən mərkəz vahid məkanda vətəndaşa 400-ə yaxın xidmət təqdim edir. İndoneziyanın Banyuwangi əyaləti də bunu həyata keçirmək istəyir, bunun üçün də bu istiqamətdə fəaliyyətini təkmilləşdirir.
Zəlzələ - Qubada
“Kara Sevda” serialının aktrisasının ÇİRKİN YALANI ÜZƏ ÇIXDI
Neslihan Atagülün saçlarının taxma olduğu üzə çıxıb. Burak Özçivitlə oynadığı “Kara Sevda” serialındakı Nihan rolu sayəsində sevilən aktrisa məşhur şampun markasının reklamına çəkilib. Çəkilişlər zamanı Neslihan Atagülün salonda çəkilmiş videosu müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, aktrisanın instaqramda paylaşdığı videoda saç ustasının əlindəki taxma saçlar diqqətdən qaçmayıb.




.jpg)









