Dağıstana təyin ediləcək yeni başçı azərbaycanlıdır –  İDDİA

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefasını qəbul edib.   Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasının lideri Vladimir Vasilyevə həvalə olunub.

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefasını qəbul edib. 

Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Dövlət Dumasının "Vahid Rusiya" fraksiyasının lideri Vladimir Vasilyevə həvalə olunub.

"Budkav.ru" saytı qeyd edir ki, rus soyadına malik olmasına baxmayaraq, V.Vasilyevin atası Əbdüləli əslən azərbaycanlıdır.

Əbdüləli Dərbənd şəhərində 5-ci mahalda yaşayırdı. Vasilyevin hətta Dərbənddə ögey qardaşı Kamil Hüseynovun yaşadığı da bildirilir. Vladimir onun evinə bir neçə dəfə qonaq gəlib.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31