Gündəm

Şamaxıda xilas edilən Rusiya vətəndaşlarının adları açıqlandı

4 Oktyabr 2017 11:43

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.

Çinarə Məlikzadənin eks-əri İLK DƏFƏ evliliklərindən DANIŞDI: “Təklif gəlsə...”

4 Oktyabr 2017 11:41

Keçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar. Eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.

Qadın toyda elə rəqs etdi ki, bütün kişilər.... - VİDEO

4 Oktyabr 2017 11:27

Özbəkistanda toyda qeyri-adi hadisə baş verib. Qonaqlardan biri dayanmadan qəribə rəqs edib. Rəqs edən qadının videosu sosial şəbəkələrdə rekord qırır.

Ronaldodan alqışalayiq addım: "Qızıl top"u onlar üçün satdı

4 Oktyabr 2017 11:24

Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u hərrac vasitəsi ilə satıb.  “Make-A-Wish” adlı yardım təşkilatının təşkil etdiyi gecədə baş verib. Portuqaliyalının “Ballon d’Or”unu İsrailin ən varlı şəxslərindən olan İdan Ofer 600 min avroya satın alıb.

Prezident İlham Əliyev: "Azərbaycanda idmanın inkişafı çox uğurla gedir"

4 Oktyabr 2017 11:23

Azərbaycanda idmanın inkişafı çox uğurla gedir. Bunu Prezident İlham Əliyev oktyabrın 3-də Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyəti ilə görüşündə deyib.

Rusiyada azərbaycanlı idmançını güllələyən şəxs tutuldu

4 Oktyabr 2017 11:19

Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb. 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.

“Gecə qonağı 2” filmi təqdim olundu

4 Oktyabr 2017 11:17

Rejissor Kənan Mahmudovun çəkdiyi “Gecə qonağı 2” filminin qala gecəsi baş tutub. Olaylar bildirir ki, tədbir ulduz axını ilə yadda qaldı və məhşur aktyorlar, rejissorlar, tanınmış simaları bir araya toplandı.

Nazirlik 31350 manat məbləğində cərimə tətbiq etdi

4 Oktyabr 2017 11:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən Olaylar-a verilən məlumata görə, ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırma nəticəsində bəzi şəxslər cərimələnib, bəzilərinin işi hüquq mühafizə orqanlarına göndərilib. 

Oğlan evlilik təklifi gözləyən qızı biabır etdi - VİDEO

4 Oktyabr 2017 11:13

Amerikada çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılır. Görüntülərdə xəyanətə uğradığını öyrənən oğlanın sevgilisindən intiqam alması əks olunub. Belə ki, oğlan sevgilisinin ona xəyanət etdiyini öyrənir və onun üçün "sürpriz" hazırlayır. O, içərisində müştərilərin çox olduğu restoranda hər kəsin gözü qarşısında ona sevgisini elan edir. Lakin hər kəs onun diz çöküb, evlilik təklif etməsini gözləyəndə, oğlan bir anda cibindən çıxardığı üzüyü qızın başına çırpıb və xəyanətə uğradığından xəbərdar olduğunu söyləyərək restoranı tərk edib.

Gənclər üçün “Gənclər və Elektron Hökümət” mövzusunda təlimlər təşkil edilir  

4 Oktyabr 2017 11:11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarınin rəhbər və nümayəndələri üçün həyata keçirilən təlimlər davam edir. 29 sentyabr tarixində növbəti təlim "Gənclər və Elektron Hökumət" mövuzusunda baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, layihənin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini qeyd olunan ixtisaslar üzrə təhsil alan gənclərin maarifləndirməsi, onların “Elektron hökumət” xidmət sahələrində fəallığının artırılmasıdır.

Atəşkəsin pozulması halları azalır

4 Oktyabr 2017 11:10

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

Kim Çen Indan benzin satışı QADAĞASI: yalnız....

4 Oktyabr 2017 11:08

Koreya Xalq Demokratik Respublikasında sentyabr ayının sonundan etibarən yanacaqoldurma məntəqələrində sıravi vətəndaşlara benzin satışı qadağan edilib. Hökümət nümayəndələri, silahlı qüvvələr və xüsusi təyinatlı orqanların əməkdaşları, Əmək Partiyasının üzvləri və yüksək rütbə sahibləri istisna olmaqla, heç kəs benzin ala bilməyəcək.

Planetin ƏN NÜFUZLU şəxsinin adı açıqlandı - SİYAHI

4 Oktyabr 2017 11:06

1997-ci ildən fəaliyyət göstərən ABŞ-ın ən məşhur pərakəndə satış şirkətlərindən biri olan "Amazon"-nun qurucusu və baş icraçı direktoru olan Cef Bezos ardarda iki dəfə reytinqləri qırıb.

“An-Nüsra” Cəbhəsinin lider heyəti məhv edildi

4 Oktyabr 2017 11:05

Rusiya hərbi aviasiyası Suriyada “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının lider heyətinin olduğu nöqtəyə aviazərbələr endirib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, qruplaşmanın lideri Əbu Məhəmməd Culyani ağır qəlpə yaraları alıb. “Aviazərbələr nəticəsində qruplaşmanın başçısı Əbu Məhəmməd Culyani çoxsaylı ağır qəlpə yaraları alıb və əllərindən məhrum olub. Bir neçə müstəqil mənbənin məlumatına görə, onun vəziyyəti kritikdir”, - Konaşenkov deyib.

S.Sərkisyanın yaxın  vaxtlarda hərbi təxribata əl atacağı çox ehtimallıdır

4 Oktyabr 2017 11:03

Qondarma Dağlıq Qarabağın “eks-prezidenti”, Ermənistanın xüsusi səlahiyyətli səfiri A.Qukasyanın adı həm Dağlıq Qarabağda həm də Ermənistanda prezident postuna hallanır. A.Qukasyan bütün vacib tədbirlərdə S.Sərkisyanı müşayiət edir. Təbii ki, bu onun yox, S.Sərkisyanın iradəsi ilə baş tutur.