Gənclər üçün “Gənclər və Elektron Hökümət” mövzusunda təlimlər təşkil edilir  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarınin rəhbər və nümayəndələri üçün həyata keçirilən təlimlər davam edir. 29 sentyabr tarixində növbəti təlim "Gənclər və Elektron Hökumət" mövuzusunda baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, layihənin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini qeyd olunan ixtisaslar üzrə təhsil alan gənclərin maarifləndirməsi, onların “Elektron hökumət” xidmət sahələrində fəallığının artırılmasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarınin rəhbər və nümayəndələri üçün həyata keçirilən təlimlər davam edir. 29 sentyabr tarixində növbəti təlim "Gənclər və Elektron Hökumət" mövuzusunda baş tutub. "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini qeyd olunan ixtisaslar üzrə təhsil alan gənclərin maarifləndirməsi, onların "Elektron hökumət" xidmət sahələrində fəallığının artırılmasıdır.

Təlim zamanı gənclərə Elektron Hökumət portalı (www.e-gov.az), dövlət elektron xidmətləri, elektron sənəd və imza, elektron imzanın praktiki tətbiqi və imza ilə menecment və biznes proseslərin səmərəliliyin artırılması, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların elektron qaydada təqdim edilməsi, əmək bildirişlərinin qeydiyyata alınması xidməti və bu barədə işə götürənə məlumatın verilməsi xidmətinin izahı barədə ətraflı məlumatlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31