S.Sərkisyanın yaxın vaxtlarda hərbi təxribata əl atacağı çox ehtimallıdır
Qondarma Dağlıq Qarabağın “eks-prezidenti”, Ermənistanın xüsusi səlahiyyətli səfiri A.Qukasyanın adı həm Dağlıq Qarabağda həm də Ermənistanda prezident postuna hallanır. A.Qukasyan bütün vacib tədbirlərdə S.Sərkisyanı müşayiət edir. Təbii ki, bu onun yox, S.Sərkisyanın iradəsi ilə baş tutur.
4 Oktyabr 2017 11:03 SiyasətQondarma Dağlıq Qarabağın "eks-prezidenti", Ermənistanın xüsusi səlahiyyətli səfiri A.Qukasyanın adı həm Dağlıq Qarabağda həm də Ermənistanda prezident postuna hallanır. A.Qukasyan bütün vacib tədbirlərdə S.Sərkisyanı müşayiət edir. Təbii ki, bu onun yox, S.Sərkisyanın iradəsi ilə baş tutur. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. A.Qukasyan zərurət yarandıqda 2020-ci ildə separatçı rejim Dağlıq Qarabağda "prezidentliyə" namizədliyini irəli sürəcəyini istisna etmədi. Lakin Ermənistanın müstəqilliyi qeyd edilərkən prezident S.Sərkisyanın çıxışı zamanı xitab etdiyi şəxslərin sırasına A.Qukasyanın da adını əlavə etdi. Əgər bu qondarma Dağlıq Qarabağdakı "eks-prezidentlik" postu ilə əlaqəli olsaydı, həm separatçı Dağlıq Qarabağ rejiminin, həm də Ermənistanın eks-prezidenti R.Köçəryan ən gənc təqaüdçü statusunda sağ-salamatdır. S.Sərkisyanın A.Qukasyanın adını hörmətə mindirməsinin əsas səbəbi 2018-ci ildə A.Qukasyanı Ermənistan prezidenti postunda görmək niyyətidir. Beləliklə A.Qukasyan Qarabağ klanının üzvü olaraq Ermənistanın prezidenti olur. A.Qukasyan uzun müddət Dağlıq Qarabağ tənzimlənməsi danışıqlarında iştirak edib. Beləliklə S.Sərkisyan R.Köçəryanın Dağlıq Qarabağı danışıqlar prosesindən uzaqlaşdırmasının əvəzini çıxmaq məqsədi ilə A.Qukasyan danışıqlar prosesinə qatılır. Buradan daha vacib nəticə çıxır: S.Sərkisyan prezidentliyinin qalan 8 ay ərzində heç bir sazişə razılıq verməyəcəkdir. Siyasi diplomatik proseslərin gedişi isə S.Sərkisyanı daha da sıxır. Ona görə yaranmış vəziyyətə S.Sərkisyanın yaxın vaxtlarda hərbi provokasiyaya əl atacağı çox ehtimallıdır.