Gündəm

Kərkükün Havice rayonu İŞİD terrorçularından azad edildi

4 Oktyabr 2017 12:22

İraq hökuməti Kərkükün qərbindəki Havice rayonunun İŞİD terrorçularından tamamilə təmizləndiyini rəsmən elan etdi. 19 sentyabrda başlayan hərbi əməliyyatlar iki həftə ərzində başa çatıb.

Məleykə Əsədova: Ramiz Məlikin üzr istəməsi heç nəyi dəyişməyəcək

4 Oktyabr 2017 12:20

“Mənə pis təsir edib, kaş olmazdı. Geyim mənə məxsusdur, özüm bilərəm. Xarici ölkələrə gedəndə uzun geyinməyəcəyəm ki... Bundan sonra da istədiyimi geyinəcəyəm. Bədən ölçülərim buna uyğundur. Öz dünyam var, heç kim ona qarışmasın. Gedib öz ailəsinə qarışsın”. Məlumata görə, bu sözləri Xalq artisti Məleykə Əsədova son günlər qalmaqal yaşadığı həmkarı Ramiz Məlikin ünvanına deyib.

Hollandiyanın müdafiə naziri istefa verdi — SƏBƏB

4 Oktyabr 2017 12:17

Hollandiyanın müvəqqəti hökumətinin müdafiə naziri Janin Hennis Plashart istefa verib. Malidə iki hollandiyalı əsgərin ölümünə görə məsuliyyəti öz boynuna götürən nazir bu addımı atıb. Hennis parlamentdə çıxışı zamanı ötən il Malidə hərbi təlimlər zamanı xarab topların partlaması nəticəsində həlak olan iki hərbçinin ölümünə görə məsuliyyəti boynuna götürərək istefa etdiyini açıqlayıb.

Arvadını gəzməyə apardı, sözü çəp gəincə güllələyib basdırdı

4 Oktyabr 2017 12:14

Türkiyənin Ispart rayonunda gecə saatlarında arvadı ilə gəzməyə çıxan kişi hələlik məlum olmayan səbəblərdən həyat yoldaşını ov tüfəngiylə öldürüb.  İ.P. iddiaya görə, dalaşdığı Havva P.-ni güllələdikdən sonra tarlada basdırıb. İ.P. polisə könüllü təslim olub.

Las-Veqas qatili ilə bağlı yeni görüntülər yayıldı - VİDEO

4 Oktyabr 2017 12:13

Amerikalı milyonçu, təqaüdçü Stiven Peddokun Las-Veqas şəhərində insanları gülləbaran etdiyi otel otağının görüntüləri yayılıb.  "Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olundu

4 Oktyabr 2017 12:11

Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olunub. Məlumat bankının bu gün keçirilən təqdimat mərasimində çıxış edən BMT Əhali Fondunun Baş müşaviri Fərid Babayev deyib ki, məlumat bankının olması bu sahədəki dinamikanı müşahidə etməyə imkan verəcək.

Akif Çovdarov son söz deyir

4 Oktyabr 2017 12:09

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

“Qarabağ”a şok yaşadan futbolçu: "Bu, karyeramda ən yaddaqalan hadisədi"

4 Oktyabr 2017 12:05

Yenidən Bakıda olduğum üçün şadam. Bu sözləri Çexiya yığmasının futbolçusu Yan Şikoradeyib.  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq çexlərin ölkəmizə gələn heyətində Şikora da yer alır. Bu, 24 yaşlı yarımmüdafiəçinin Bakıya ikinci səfəridi. Belə ki, Şikora sabiq komandası "Slovan"ın ötən il Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdiyi matçın (2:2) da iştirakçısı olub. 10,69-cu saniyədə fərqlənən futbolçu Avroliqanın tarixində ən erkən qola imza atıb.

Şeyx haqqında yazılanlara münasibət bildirdi:  “Bunların hamısı iftiradır”

4 Oktyabr 2017 11:58

“Mən artıq 40 ilə yaxındır ki, Şeyxülislam məqamını daşıyıram. Uca Allah qarşısında, Vətənim Azərbaycan və xalqımız qarşısında məsuliyyət və mənəvi borcuma hər zaman sadiq olmuşam, ən mürəkkəb zamanlarda ədalətli mövqedən geri çəkilməmişəm. Əməllərim Uca Allaha, fəaliyyətim doğma xalqıma məlumdur. Xalqımızın Ümummilli Lideri, xatiri mənim üçün əziz olan qardaşım Heydər Əliyev həzrətləri hər zaman mənim fəaliyyətimi yüksək dəyərləndirib”.

“Erməni tərəfi təkliflərimizlə çətinliklə razılaşırdı” -  Moskva görüşünün detalları

4 Oktyabr 2017 11:55

“Bu il sentyabrın 8-də Moskva şəhərində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill həzrətlərinin təşəbbüsü və vasitəçiliyi ilə erməni dini lideri ilə görüşümüz baş tutdu. Bu görüş 1988-ci ildən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan zamandan etibarən analoji formatda keçirilən görüşlərin davamı idi”.

12 mindən çox erməni ölkəsini tərk edib

4 Oktyabr 2017 11:53

Ermənistanda cari ilin 9 ayı ərzində yalnız hava yolu ilə 12011 nəfər ölkəni tərk edib. "Zvartnots" hava limanıdan 933 min 384 erməni ölkədən gedib və 922 min 910 nəfər isə geri qayıdıb. Eyni zamanda, Gümrünün "Şirak" hava limanı ilə 33 min 713 nəfər yola düşüb, 32 min 176 nəfər qayıdıb.

İrəvanda yenidən atəş səsləri eşidildi

4 Oktyabr 2017 11:51

Bu gün səhər saatlarında İrəvan küçələrinin birində atəş səsləri eşidilib. Naməlum şəxs Noraqavit 8-ci küçəsində sakinlərdən birini təqib edərək ona doğru atəş açmağa başlayıb.  Qarın boşluğundan ağır yaralanan Samvel Qarnik Ayvazyan Erebuni tibb mərkəzinə aparılıb.

Gürcüstan Ermənistanın yeni səfirini ölkəyə buraxmadı

4 Oktyabr 2017 11:50

Rəsmi Tbilisi Qafqaz institutunun sədr müavini Sergey Minasyanı səfir kimi qəbul etməkdən imtina edib. Bu barədə “Jamanak” nəşri məlumat yayıb. Hakim Respublika partiyasının deputatı Şirak Torosyan məlumatı təsdiqləyib. 

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib

4 Oktyabr 2017 11:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevoktyabrın 4-də Avropa İttifaqı Şurasının siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Kataloniya bu tarixdə müstəqil olacaq – RƏSMİ

4 Oktyabr 2017 11:44

Kataloniya ən yaxın həftə ərzində müstəqilliyini elan edəcək. Bu haqda Kataloniya muxtar vilayətinin baş naziri Karles Puçdemon BBC-yə müsahibəsində söyləyib. Onun sözlərinə görə, Kataloniyanın yeni hökuməti artıq bu həftənin sonu, ya da növbəti həftənin əvvəli bu istiqamətdə işləməyə başlayacaq. Puçdemon həmçinin qeyd etdi ki, İspaniya hökuməti prosesə müdaxilə edərsə və Kataloniya hökumətini nəzarət altına almağa çalışarsa, bu, onun böyük səhvi olacaq. O həmçinin əlavə edib ki, hazırda rəsmi Madrid və Kataloniya hökuməti arasında heç bir əlaqə yoxdur.