12 mindən çox erməni ölkəsini tərk edib

Ermənistanda cari ilin 9 ayı ərzində yalnız hava yolu ilə 12011 nəfər ölkəni tərk edib. "Zvartnots" hava limanıdan 933 min 384 erməni ölkədən gedib və 922 min 910 nəfər isə geri qayıdıb. Eyni zamanda, Gümrünün "Şirak" hava limanı ilə 33 min 713 nəfər yola düşüb, 32 min 176 nəfər qayıdıb.

Ermənistanda cari ilin 9 ayı ərzində yalnız hava yolu ilə 12011 nəfər ölkəni tərk edib.
"Zvartnots" hava limanıdan 933 min 384 erməni ölkədən gedib və 922 min 910 nəfər isə geri qayıdıb. Eyni zamanda, Gümrünün "Şirak" hava limanı ilə 33 min 713 nəfər yola düşüb, 32 min 176 nəfər qayıdıb.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Ermənistanı tərk edən və qayıtmayan şəxslərin sayı 26 min 681 nəfərdən çox olub. Faktlara görə, Ermənistanı tərk edib, geri dönməyənlərin say müxtəlifliyi 12 min nəfərdən çoxdur. Ümumiyyətlə, Ermənistandan xarici ölkələrə köçənlərin sayı tam olaraq göstərilmir. Hava yolundan fərqli olaraq, quru yolla ermənilərin kütləvi şəkildə Rusiyaya getdikləri məlumdur. AzVision.az "Joğovurd" qəzetinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31