Gündəm
Bakıda ali məktəblərdə terror planlaşdıran şəxsə cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı müharibəyə sürükləyir
Dünyada baş verən siyasi və iqtisadi proseslər və onların ölkəmizə təsiri indi hər kəsi düşündürən məsələlərdəndir. Elə parlamentin payız sessiyasının ilk iclasında da millət vəkilləri beynəlxalq aləmdə baş verənlərin Azərbaycana təsiredə biləcəyindən narahatçılıq keçirdiklərini ifadə etdilər.
Separatizm dünya düzənini açıq şəkildə dağıdır
İraq Kürdüstanında keçirilən “referendum”la İspaniyanın Kataloniya ərazisində baş verən hadisələrə müxtəlif yanaşmalar bir daha beynəlxalq hüququn və beynəlxalq münasibətlər sisteminin dərin böhran vəziyyətində olduğunu üzə çıxardı. Vaxtlə Dağlıq Qarabağda baş qaldıral separatçılara sərgilənən biganə münasibət hazırda Avropa üçün əməlli-başlı problemə çevrilib. Məsələ orasındadır ki, hələ də davam edən ikili münasibətlər sistemi, təkcə Avropada deyil bütün dünyada separatçı meyillərin yayılma ehtimalını artırır.
Parisdə partlayış — SON DƏQİQƏ
Parisdə İordaniyanın hərbi ataşesi qarşısında partlayış baş verib. Xəbəri İordaniya xarici işlər nazirliyi təsdiqləyib. Məlumata əsasən, binanın qarşısında bir motosiklet partlayıb. İnsident nəticəsində xəsarət alan olmayıb. Binanın qarşısındakı avtomobillərə ziyan dəyib.
Türkiyəyə bağlı muxtariyyət yaradılır - İlk dəfə Vaşinqtonda AÇIQLANDI
Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu adanın yunan və türk hissələrinin birləşməsi ilə bağlı keçirilən son müzakirələrin iflasa uğramasından sonra ilk dəfə ABŞ-a səfər edib.
“Fədayə Laçın mənə qədər bir neçə oğlanla...” - Tacirdən EŞQ ETİRAFI
Müğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması barədə gəzən şayiələrə toxunub. Məlumata görə, “Show time” verilişində qonaq olan ifaçı bir neçə il öncə söylədiyi “Fədayə ilə münasibətim olub” sözlərini danıb: “Ailəm var, balalarım var. Ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım məni sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. O, mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.
Moskva Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail olacaqlar. Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən gündəmə gətirir. Ermənistan mediası isə yazır ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, daha sonra yekun statusun müzakirəyə çıxarılmasını nəzərdə tutan “Lavrov planı” razılaşdırılacaq. Əks təqdirdə müharibə qaçılmazdır və yeni toqquşma istəməyən Rusiya İrəvanı buna məcbur edəcək.
Dünya üzrə kiberhücumların sayı artır
Günümüzdə informasiya kommunikasiya texnologiyaları genişləndikcə, inkişaf etdikcə onun müəyyən mənada mənfi fəsadları da özünü göstərir. Belə mənfi fəsadlar sırasında kiberhücumlar daha aktual xarakter daşıyır. Etiraf etmək lazımdır ki, bu gün heç bir ölkə kiberhücumlardan sığortalanmayıb və istənilən an belə bir təhlükə, təhdid mümkündür.
PKK – çı məhkumlar həbsxanadan qaçmaq istədilər
Türkiyənin Muş vilayətində yerləşən E Tipli həbsxanasında bir qrup PKK - çı məhkumun cəzaçəkmə müəssəsindən qaçmasının qarşısı son anda alınıb. Muş prokurorluğnun təlimatı ilə həbsxanada yoxlamalar aparılıb. Cəzaçəkmə müəssəsində çalışan jandarma və mühafizə xidmətininapardığı yoxlamalar nəticəsində bir qrup PKK - çının qaçış üçün tunel qazdığı müəyyən edilib. Hal - hazırda hadisə ilə əlaqədar olaraq təhqiqat aparılır.
Polkovnik vəfat etdi
Rusiyalı polkovnik Suriyada ağır yaralanıb. Moskva hərbi hospitalıngətirilən polkivnik Valeriy Fedyanin aldığı zərbədən vəfat edib. Rusiya Müdafiyyə Nazirliyinin bəyanatına görə polkovnik Fedyanin Suriyada humanitar yüklərin nəqliyyatı ilə məşğul olurdu. Onun avtomobili minaya düşrərk partlayıb. Polkovnikin Rusiya Şimal Hərbi Dəniz Donanmasının 61-ci Dəniz Piyada briqadasının komandanı olduğu gələn xəbrlər sırasındadır. Xəbəri Olaylar- ın Türkiyə bürosu yayıb.
Bölgələrdə insan alverinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən "Məcburi əməyə və insan alverinə qarşı mübarizə mövzusunda seminarların təşkili və monitorinqlərin aparılması" layihəsi çərçivəsində Qəbələ və Oğuzda seminarlar keçirilib.
Məktəb direktorları ilə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. “OLAYLAR”-a verilən məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi məsələlərindən bəhs olunub.
Türkiyədə terror – 4 əsgər şəhid oldu
Türkiyənin Hakkari vilayətində terror hadisəsi baş verib. Olaylar bildirir ki, təşkil edilən terror hücumunda dörd əsgər şəhid olub, dörd hərbiçi yaralanıb. Hadisə Yüksekova vilayətinin Esendere mahalında PKK terrorçuları tərəfindən əldə düzəldilən partlayıcı qurğunun partladılması nəticəsində baş verib. Türkiyənin Hakkari vilayətində terror hadisəsi baş verib. Olaylar bildirir ki, təşkil edilən terror hücumunda dörd əsgər şəhid olub, dörd hərbiçi yaralanıb. Hadisə Yüksekova vilayətinin Esendere mahalında PKK terrorçuları tərəfindən əldə düzəldilən partlayıcı qurğunun partladılması nəticəsində baş verib.
V-IX əsrlərə aid abidə aşkar edildi - AZƏRBAYCANDA
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib. Olaylar bildirir ki, Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və ya nar tekseri olduğu müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr olan Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.
Azərbaycan Aİ ilə əməkdaşlığın genişlənməsində maraqlıdır
Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib.














