Bölgələrdə insan alverinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən "Məcburi əməyə və insan alverinə qarşı mübarizə mövzusunda seminarların təşkili və monitorinqlərin aparılması" layihəsi çərçivəsində Qəbələ və Oğuzda seminarlar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən "Məcburi əməyə və insan alverinə qarşı mübarizə mövzusunda seminarların təşkili və monitorinqlərin aparılması" layihəsi çərçivəsində Qəbələ və Oğuzda seminarlar keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini Anar Məhərrəmov tədbirin mövzusu, proqramı haqqında məlumat verdikdən sonra çıxış üçün sözü layihə rəhbəri Ümüdvar Həsənova verib. Ümüdvar Həsənov İnsan alverinin qurbanları haqqında, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtmək istəyənlər üçün təhlükəsizlik plаnı, İnsan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. kimi əhəmiyyətlə məsələlər barədə maarifləndirici məlumatlar haqqında söz açıb, mövzu ilə bağlı bir sıra məsələlər haqqında geniş məlumat verib. Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31