Gündəm

Təhsil Naziriliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə bəyanat imzaladı 

4 Oktyabr 2017 13:30

Cenevrəyə səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Fransis Qarry ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsı Vaqif Sadıqov iştirak edib.

BMT-nin Cenevrə bölməsində Azərbaycan dövlətinin hədiyyə etdiyi abidənin açılışı olub 

4 Oktyabr 2017 13:28

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub.

Əhalinin əmanətlərinin məbləği açıqlandı

4 Oktyabr 2017 13:28

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumatda bildirilib. Sektorun balans kapitalının 2,923.6, əhalinin əmanətləri 6,871.7 milyon manat olduğu qeyd edilib. Bankların filiallarının sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,167 nəfər təşkil edib.

Bakıda daha bir küçə çökdü

4 Oktyabr 2017 13:26

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb. “OLAYLAR”-ın “Azəravtoyol”a istinadən verdiyi xəbərə görə. dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

Elmi-Mətodiki Mərkəzdə “Dilimizi qoruyaq” mövzusunda elmi seminar

4 Oktyabr 2017 13:24

Oktyabrın 4 – də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə “Dilimizi qoruyaq” mövzusunda elmi seminar keçirilib. Olaylar bildirir ki, seminarı giriş sözü ilə Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev açaraq iştirakçılara uğurlar arzuladı. Mərkəzin direktoru Asif Usubəliyevə öz çıxışında qeyd etdi ki, ana dili millətin varlığı, həyat tərzi, mədəni irsidir. Tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dilləri, xalqları və mədəniyyətləri birləşdirir.

Əcnəbi tələbələr məktəblilərlə görüşüb

4 Oktyabr 2017 13:23

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində şagirdlərlə Azərbaycandan və Avropa İttifaqına (Aİ) üzv olan tələbələrin görüşü keçirilib. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdləri ilə gənclər arasında dialoq yaratmaq, beynəlxalq əlaqələri genişləndirmək, təhsilin inkişafı üçün təcrübə mübadiləsi aparmaqdır. 

Ali təhsil müəssisələrində keyfiyyətin təminatı məsələləri müzakirə olunub

4 Oktyabr 2017 13:21

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin yaradılmasına dəstək” adlı seminar keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə. seminarda Akkreditasiya və Nostrifikasiya İdarəsinin, ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib. 

Azərbaycan Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm Yarmarkasında təmsil olunub

4 Oktyabr 2017 13:22

Cari il 3 oktyabr tarixində Daşkəndin Mərkəzi Sərgi Sarayında “Turizm İpək yolu ilə” 23-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2017) rəsmi açılışı olmuşdur.

1 Eldar şamı ağacını kəsdi – 2550 manat cərimə olundu

4 Oktyabr 2017 13:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Qaradağ rayon sakini Nizami Cəfərov tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərciyin ərazisində ağacların qanunsuz kəsilməsi iləbağlı şikayət daxil olub. Olaylar bildirir ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən ərazi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələrinin və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Bakıda piyadaların üstünü çirkləndirən sürücü məsuliyyətə cəlb edildi

4 Oktyabr 2017 13:14

Oktyabrın 3-də Bakıda 4 avtomobil sürücüsü ehtiyatsızlıq edərək piyadaların üst-başını çirkləndirib. Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov məlumat verib.

Ermənistan parlamenti müxalifətin təklifini rədd etdi

4 Oktyabr 2017 13:12

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini rədd edib.

Uşaqların zorla dini mərasimlərə aparılması qəbuledilməzdir

4 Oktyabr 2017 13:04

Son günlər uşaqların dini mərasimlərdə iştirakı ətrafında aparılan müzakirələr gündəmin ən aktual məsələsinə çevrilib. Daha dəqiq, uşaqların aşura mərasiminə qatılması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Həddi-buluğa çatmamış, hələ nə özünü, nə də dünyanı dərk etməyən azyaşlıların dini mərasimlərdə iştirakında daha çox valideyinlər günahlandırılır. Maraqlıdır uşaqların dini mərasimlərə qatılması nə dərəcədə onların gələcək dünyagörüşünə təsir edə bilər?

Erməni işğalına göz yuman ölkələr bu gün separatizmin caynağındadır

4 Oktyabr 2017 13:02

Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadiyyatın şaxələndirilməsi strategiyasında kənd təsərrüfatı xüsusi yerə malikdir. Birmənalı şəkildə vurğulanmalıdır ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrində atılan addımlar, görülən tədbirlər, o cümlədən təsərrüfatların genişləndirilməsi və əkin sahələrinin artırılması istiqamətində görülən işlər bu gün aqrar sahənin populyarlıq qazanmasında əsaslı rol oynayıb.

Ağlamaq istəyən adam... Elçin Hüseynbəyli yazır

4 Oktyabr 2017 13:00

Uzun səfərdəyik. Təsadüfən görüşmüşük, amma gerçəklikdə yaşayırıq. “Old Tbilisi” mehmanxanasının Kür çayına açılan balkonunda oturmuşuq. Mən viski içirəm, o kofe. Narın yağış yağır və sakit axan Kürü diksindirir. Bu romantik əhvalda bir kədər də var.

Dini radikalizm fəlakətdir

4 Oktyabr 2017 12:58

Artıq bir neçə ildir ki, Aşura mərasimlərindən sonra bu mərasimlə bağlı cəmiyyətdə müəyyən mənada fikir ayrılığı, müxtəlifliyi yaranır. Əsas da həmin mərasimlərdə bir çoxlarının İmam Hüseynə “hörmət” əlaməti olaraq baş yarması, zəncir vurması, sinə döyməsi mövzusu müzakirə predmetinə çevrilir.