1 Eldar şamı ağacını kəsdi – 2550 manat cərimə olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Qaradağ rayon sakini Nizami Cəfərov tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərciyin ərazisində ağacların qanunsuz kəsilməsi iləbağlı şikayət daxil olub. Olaylar bildirir ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən ərazi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələrinin və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Qaradağ rayon sakini Nizami Cəfərov tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərciyin ərazisində ağacların qanunsuz kəsilməsi iləbağlı şikayət daxil olub. Olaylar bildirir ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən ərazi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələrinin və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı yaşköküstə 49 sm diametrliyində 1 Eldar şamı ağacının qanunsuz kəsildiyi məlum olub. Aparılan araşdırma zamanı ağacın Qaradağ rayonu Ələt qəsəbə sakini Rəşad Fərzəliyev tərəfindən kəsildiyi və təbiətə 2550 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyəhüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon  Prokurorluğuna  göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31