Dini radikalizm fəlakətdir
Artıq bir neçə ildir ki, Aşura mərasimlərindən sonra bu mərasimlə bağlı cəmiyyətdə müəyyən mənada fikir ayrılığı, müxtəlifliyi yaranır. Əsas da həmin mərasimlərdə bir çoxlarının İmam Hüseynə “hörmət” əlaməti olaraq baş yarması, zəncir vurması, sinə döyməsi mövzusu müzakirə predmetinə çevrilir.
4 Oktyabr 2017 12:58 DinRadikal "islam"çıların qol-qanad açması ingilis dərin dövlətinin marağındadır
Artıq bir neçə ildir ki, Aşura mərasimlərindən sonra bu mərasimlə bağlı cəmiyyətdə müəyyən mənada fikir ayrılığı, müxtəlifliyi yaranır. Əsas da həmin mərasimlərdə bir çoxlarının İmam Hüseynə "hörmət" əlaməti olaraq baş yarması, zəncir vurması, sinə döyməsi mövzusu müzakirə predmetinə çevrilir. Eyni zamanda azyaşlı uşaqların da bu kimi mərasimlərə cəlb edilməsi haqlı etirazlara səbəb olur. Bəziləri hesab edirlər ki, Aşura mərasimlərində bu kimi hallara yol verilməsi dini radikalizmin əlamətidir. Dini radikalizmin fəlakət olduğunu deyən iqtisadçı ekspert Fikrət Yusifov da hesab edir ki, bir neçə gün öncə Azərbaycanda keçirilən Aşura mərasimləri bunu bir daha sübut etdi: "Sual olunur nə üçün İslam dinininin meydana gəldiyi indiki Səudiyyə Ərəbistanında imamlara heç kim yas saxlamır? Ancaq İranda, Azərbaycanda və başqa şiə təriqəti olan ölkələrdə 1400 il öncə hakimiyyət uğrunda toqquşmada həlak olmuş insanlara bu qədər dərin hüznlə yas saxlanılır - özü də necə? İnsanlar bu gün özlərini bədənlərindən qan çıxana qədər döyür. Səudiyyə ərəb din alimi də deyir ki, Səudiyyə Ərəbistanından kənarda olan müsəlmanlar bizim itimizdi, onlar müsəlman deyil, müsəlman olanlar yalnız Səudiyyədə yaşayanlardır. Ölü sahibi öz ölüsünü 1400 ildir ki, yaddan çıxarıb, biz cahillər isə özümüzü 1400 ildir şəhid edirik ki, kimlərsə hansısa bir döyüşdə məğlub olub dünyasını dəyişiblər. Bu fəlakətdir, İslamla gələn fəlakət və bu fəlakəti yaradanlar cahillərdir". Fikrət Yusifov bildirib ki, özünə zəncir vurub al qana bulayan o cahillərdən bunu nə üçün etdiyinin səbəblərini soruşsan, on nəfərdən doqquzu tarixdə bu hadisənin necə baş verdiyini, kimin kimi, nəyin üstündə öldürdüyünü izah belə edə bilməyəcək: "Cəmiyyəti uçuruma sürükləyən böyük və faciəvi bir cəhalət. Bu cəhalətin ildırım sürətilə dərinləşməsinin kökündə siyasi amillər durur. Məsələ olduqca ciddidir. Bunu boş vermək olmaz. Əks halda bu təhlükə bir gün atom bombası kimi partlayıb hər şeyi məhv edəcək və Azərbaycan da İran kimi molla dövlətinə çevriləcək. Böyük Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni və bir çox başqa dahillərimizi bütün ömürləri boyu üzən də millətin cəhalət içində boğulması olub. Böyük Cavid deyirdi ki, "Azərbaycan xalqının Hüseynə deyil, Babəkin ölümünə yas tutub ağladığını görsəm, o zaman azərbaycanlı olmağımla fəxr edəcəm". Allaha inanmaq və ya inanmamaq hər kəsin öz şəxsi işidir ancaq bu qədər cahilliyi Allah da qəbul etməz".
Gənclərin Mənəvi İnkişafi İctimai Birliyinin sədri Ramiq Vəliyev isə qeyd edib ki, din adına ortaya çıxan radikal qruplar ingilis dərin dövləti tərəfindən dəstəklənir: "Hal-hazırda minlərlə müsəlman gənc bu təbliğat maşının qurbanına çevrilərək kimlər tərəfindən idarə edildiyini bilmədikləri terrorçu qrupların sırasında fərqli məzhəblərdən olan müsəlmanlara qarşı döyüşə cəlb edilir. Radikal "İslam"çıların qol-qanad açması ingilis dərin dövlətinin marağında olduğu üçün gizli və ya açıq şəkildə dəstəyini onlardan əsirgəmir. Bütün bunları etməklə ingilis dərin dövlətinin hədəfi isə bunlardır.Müsəlmanlar haqqında terrorçu imicini formalaşdıraraq dünyada islamofobiya hərəkatını güçləndirmək. Öz gizli dəstəyi ilə fəaliyyət göstərən terrorçularla savaşmaq adı altında müsəlman ölkələri işğal etmək. "Müsəlman terrorçu" imicini yaradaraq İslama dönüşün qarşısını almaq. Ölkələrin terrorizmlə mübarizə çərçivəsində İslam dininin yayılmasına qarşı önləmlər almağa məcbur buraxılması və yaranmış boşluqdan istifadə edərək dinsiz, homoseksual gənclik yetişdirərək gələcəkdə öz ölkələrini sevməyən, milli-mənəvi dəyərlərdən uzaqlaşmış cəmiyyət yetişdirmək. Bu şəkildə ölkələri zəiflədərək asılı hala gətirmək". Ictimai Birlik sədri bildirib ki, dövlət və millət olaraq əl-ələ verib, milli-mənəvi dəyərlərimizə sadiq, vətənimizi, dövlətimizi, bayrağımızı sevən inanclı gənclik yetişdirərək bu mənfur plana qarşı sədd qurmalıyıq: "Bu məsələdə müsəlmanların üzərinə düşən əsas vəzifə Qurandan kənar uydurmalara etibar etməyərək, İslam adına ortaya atılmış Qurana zidd xurafələrdən uzaqlaşmaqdır. Çünki bu xürafələrin bir çoxu həqiqətən də müsəlmanları nifrət və şiddətə təşviq etməkdədir. Geriçiliyə, zorbalığa, cahilliyə, mərhəmətsizliyə təşviq edən bir anlayış Qurana, İslamın ruhuna tamamən ziddir. Qurandakı müasir, mərhəmətli, keyfiyyətli, hər şeyin ən gözəlini yaşayan müsəlman modelinin yaşanması və təbliği, həm dövlətimizin möhkəmlənməsində, həm də İslam dünyasındakı acıların bitməsində əhəmmiyyətli rol oynayacaq".
Süleyman