Sumqayıtda dənizdə batan gəncin meyiti tapılıb

Sumqayıtda noyabrın 18-də dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Şahaliyevin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, hadisə Sumqayıt Dənizkənarı Bulvarının ərazisində baş verib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları meyiti gəncin batdığı yerdən 600 metr aralıda, nəzarətsiz ərazidə aşkar ediblər.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00