Separatizm dünya düzənini açıq şəkildə dağıdır

İraq Kürdüstanında keçirilən “referendum”la İspaniyanın Kataloniya ərazisində baş verən hadisələrə müxtəlif yanaşmalar bir daha beynəlxalq hüququn və beynəlxalq münasibətlər sisteminin dərin böhran vəziyyətində olduğunu üzə çıxardı. Vaxtlə Dağlıq Qarabağda baş qaldıral separatçılara sərgilənən biganə münasibət hazırda Avropa üçün əməlli-başlı problemə çevrilib. Məsələ orasındadır ki, hələ də davam edən ikili münasibətlər sistemi, təkcə Avropada deyil bütün dünyada separatçı meyillərin yayılma ehtimalını artırır.

Nə qədər ki, ərazi bütövlüyü məsələsi birinci yerdə olmayacaq, separatizm virus kimi yayılacaq
 

İraq Kürdüstanında keçirilən "referendum"la İspaniyanın Kataloniya ərazisində baş verən hadisələrə müxtəlif yanaşmalar bir daha beynəlxalq hüququn və beynəlxalq münasibətlər sisteminin dərin böhran vəziyyətində olduğunu üzə çıxardı. Vaxtlə Dağlıq Qarabağda baş qaldıral separatçılara sərgilənən biganə münasibət hazırda Avropa üçün əməlli-başlı problemə çevrilib. Məsələ orasındadır ki, hələ də davam edən ikili münasibətlər sistemi, təkcə Avropada deyil bütün dünyada separatçı meyillərin yayılma ehtimalını artırır. Millət vəkili Zahid Oruc bildirib ki, separatizmə verilən dəstək Azərbaycanın uzun onillər boyu verdiyi bəyanatları təsdiqlədi: "Biz vurğulayırdıq ki, əgər bu gün bizim bütövlüyümüzə öz iqtisadi, enerji, neft və s. kimi maraqlarınız kontekstində yanaşacaqsınızsa və real mövqe ortaya qoymayacaqsınızsa, bu proses geri qayıdacaq və bir gün o zərbə sizə də dəyəcək. Faktiki olaraq Qarabağdan sonra Abxaziya, Cənubi Osetiyada yaşananlar bəllidir, son olaraq 2008-ci il Rusiya-Gürcüstan beşgünlük müharibəsi fonunda Moskva bütövlükdə həmin əraziləri özünə qatdı, sonrasında isə postsovet məkanının digər ölkələrində böhranlar yaşandı. Qərbin ənənəvi olaraq SSRİ-ni çökdürmək üçün əl atdığı üsulları - necə ki Qarabağ da SSRİ-nin tərkib elementlərindən biri idi - indi də müasir Rusiyaya qarşı yönəldincə, Putinin tankları onların üzərinə yeridi və NATO-nun Ukrayna üzərində qurduğu ssenarini dağıtdı və Maydan hökumətinin Krım əhalisinə tətbiq etmək istədiyi zor və basqılar fonunda Krım öz taleyini Rusiya ilə birgə gördü. Məhz o zaman artıq bəlkə də Qərbin dəhlizlərində, siyasi kluarlarında artıq dərk etməyə başladılar ki, bəli, zamanında onlar bizim kimi ölkələrə qarşı etdikləri ayrı-seçkiliyin ağır nəticələrini bu gün yaşamaqdadırlar". Millət vəkili bu gün Avropanın mühüm bir nöqtəsində tökülən qanların Qarabağ hadisələrini xatırlatdığını bildirib: "Doğrudur, katalonlar o torpaqlarda aborigen xalq kimi min illərdir yaşayırlar. Priney yarımadasında İspaniya krallığının keçmişdə məruz qaldığı dağıntılar, müxtəlif imperiyaların şikarına çevrilməsi fonunda yüz illər ərzində bu bölgədə müxtəlif dövlətlərin yaradılması istənilib. Bildiyiniz kimi basklar orada dövlət qurmaq üçün bu gün də iddialarını həyata keçirməkdədirlər. Bizim üçün paralellər o nöqtədədir ki, mərkəzi hökumət dünən baş nazirin diliylə deyirdi ki, məntəqələrdə göstərilən mövqe əldə silah dövlətə qarşı müharibə elan etməkdir. Yəni bunun siyasi dildən hüquqi müstəviyə çevrilməsi odur. Hökm deyil ki, səngər qurub oradan Madridə bombalar yağdırasan. Fərq etməz ki, bu bülletenlər vasitəsiylə həyata keçirilir və ərazinin bir hissəsi qopub ayrılırsa, bu, avtomatik ölkənin unitar bütövlüyünə zərbədir. Bu gün onun şahidi olduq ki, Avropa strukturları yalnız birliyin və parlamentin bir qism təmsilçilərinin diliylə oradakı referendumu qanunsuz elan etdi. Lakin başqa bir tərəfdən Avropa parlamentinin vitse-prezidenti Lunaçek həmin separatizmə dəstək verməkdəydi. Sual olunur ki, hətta onların məntiqi ilə çıxış edənlər fərqindədirlərmi ki, Azərbaycanda heç etnik, milli hüquqlar zəminində deyil, istənilən başqa bir motivdə meydana çıxan adamlara o zorakılığın milyonda biri tətbiq olunsa, bizi ən ağır sanksiyalarla hədələyirlər? Bunu müstəsna olaraq Strasburqun haqqı sayırlar ki, bizə göstəriş versin. Bununla da real prokurorlar kimi davranırlar. Sanki bu ölkə yalnız Brüsseldən və digər Avropa paytaxtlarından avrokomissarlar tərəfindən idarə olunmalıdır. Elə bilin ki, bir seçilməmiş hakimiyyət mövcuddur və biz onların diqtəsinə tabe olmalıydıq. Ona görə də iki vəziyyətin hər birində onların arqumentlərinin kəsərsizliyini görməkdəyik. Zamanında Qarabağa onların gərəkən reaksiyalarını görmədiyimizdən, açıq-aşkar bu gün Ermənistanı təcavüzə stimullaşdırdıqlarından qarşılarında Krımı və Kataloniyanı gördülər. Baxın, Yeni Kaledoniya Fransadan 2018-ci ildə qopacağını bəyan edir. Onun ərazi baxmından fikri Paris üçün önəmli deyil, ancaq məsələ dağılmaların nə səviyyədə getməsidir. Belçikada Valoniya və Flamandiya bəyan edirlər ki, onlar Brüsselə tabe olmaq istəmirlər, çünki əsas iqtisadi istehsalçı regionlardır. Bu siyahını davam etmək də olar. Yaxın Şərqdə yaşananlar isə bizə bəllidir. Buna görə də açıq şəkildə sualla çıxış edirəm. Bildirirdilər ki, demokratiyada sakitçilik konsensusdur, hökumətlərin balansla idarə olunması və millətlərin öz taleyini yaxşı müəyyənləşdirməsidir. Bəs niyə bunlar baş vermir? Əgər xaosdan Kürdüstan doğulursa, demokratiyadan Kataloniya çıxır. Deməli, məsələ təkcə bu cür reallıqlarda deyil, beynəlxalq hüququn vəziyyətindədir. Nə qədər ki, dünyada ərazi bütövlüyü məsələsi birinci yerdə olmayacaq, balkanlaşma sindromu virus kimi yayılacaq. Bu gün separatizm dünya düzənini açıq şəkildə dağıdır. Vudro Vilsonlar ötən əsrin əvvələrində əsas düsturu diqtə etməyə başlayırdılar və Amerikanın dünya hökmranlığı yeni meydana çıxırdı. İndi isə tamam ayrı bir vəziyyətdir. Amerika Yuqoslaviyanı bölübsə, Rusiya da deyir ki, Ukraynada Krımla niyə məhdudlaşsın ki? Sabah Luqanskı tanıyacaqlar, sonra Donetski də bir dövlətə çevirəcəklər. Görəcəksiniz ki, ətraf bu cür dövlətciklərlə doludur. Hesab edirəm ki, bütün bu stiuasiya və beynəlxalq şəraitdə vahid prinsiplərin müəyyənləşdirilməsinə keçirilməlidir".
Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31