Bu ölkədə "Telegram" qadağan edildi

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi "Telegram" messencerinin krallıq ərazisində bloklandığını elan edib.

Bu barədə "Al Mamlaka" telekanalının idarənin bəyanatına istinadən məlumat yayıb.

Bəyanata görə, "Telegram" ekstremizm və radikalizmin yayılması, eləcə də kibercinayətlərin törədilməsi üçün platformaya çevrilib ki, bu da milli təhlükəsizliyə təsir göstərir.

Telegram 2013-cü ildə rusiyalı sahibkar Pavel Durov və onun qardaşı Nikolay Durov tərəfindən yaradılmış bulud əsaslı mesajlaşma platformasıdır. Şirkətin təsisçisi, sahibi və baş icraçı direktoru Pavel Durovdur; platformanın baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31