Boris Conson Ukrayna münaqişəsinin yeganə həlli yolunu açıqladı
12:00 DünyaUkraynanın NATO-ya üzvlüyü Ukrayna münaqişəsinin başa çatdırılmasının yeganə yoludur.
Bu barədə Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson öz "X" səhifəsində yazıb.
"Əslində işə yarıyacaq yeganə yol Ukraynanın NATO-ya üzv olmasıdır. Biz bunu açıq şəkildə bəyan etməli və bu məsələyə tam ciddiyyətlə yanaşmalıyıq", - deyə paylaşımda bildirilib.
Böyük Britaniyanın keçmiş Baş naziri Ukraynanın NATO-ya üzv olmalı olduğunu bildirən Fransa Prezidenti Emmanuel Makronu da təqdir edib.
"Bəs görəsən biz Böyük Britaniyanın hazırkı Baş naziri Endi Börnhəmdən, heç olmasa Ağ Evdən nə vaxt belə bir bəyanat eşidəcəyik?" - deyə Conson əlavə edib.
Qeyd edək ki, Boris Conson 2019-2022-ci illərdə Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31