Gürcüstan Konstitusiya Məhkəməsi beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı iddiaya baxılmasını bərpa edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü arzusu" partiyasının beş müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı qaldırdığı iddiaya Gürcüstan Konstitusiya Məhkəməsində baxılması 16 noyabr saat 14:00-da yenidən başlayacaq.

Xatırladaq ki, işə baxılmasına oktyabrın 21-də start verilib və proses yeddi hakimdən ibarət Konstitusiya Məhkəməsinin plenumu tərəfindən aparılır. Parlamentin 88 deputatının imzaladığı iddiada beş siyasi birliyin - "Birlik - Milli Hərəkat", "Dəyişikliklər naminə koalisiya - Qvaramiya, Meliya, Qirçi, Droa", "Güclü Gürcüstan - Lelo, xalq naminə, azadlıq naminə!", "Federalistlər Partiyası" və "Qaxariya Gürcüstan naminə" partiyalarının konstitusiyaya zidd elan olunması tələb edilir.
Konstitusiya iddiasına XI çağırış parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasının rəyi də əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31