“Qarabağ”a şok yaşadan futbolçu: "Bu, karyeramda ən yaddaqalan hadisədi"

Yenidən Bakıda olduğum üçün şadam. Bu sözləri Çexiya yığmasının futbolçusu Yan Şikoradeyib.  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq çexlərin ölkəmizə gələn heyətində Şikora da yer alır. Bu, 24 yaşlı yarımmüdafiəçinin Bakıya ikinci səfəridi. Belə ki, Şikora sabiq komandası "Slovan"ın ötən il Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdiyi matçın (2:2) da iştirakçısı olub. 10,69-cu saniyədə fərqlənən futbolçu Avroliqanın tarixində ən erkən qola imza atıb.

Şikora ölkəsinin mətbuatına açıqlamasında həmin matçı xatırlayıb: "Bakı ilə bağlı xoş xatirəm var. 1 il əvvəl burada vurduğum qolun tarixə düşəcəyini oyun ərzində dərk etmirdim. Amma matçdan sonra öyrəndim ki, Avropa Liqasının tarixi ərzində ən erkən qola imza atmışam. Təbii ki, bu, karyeram ərzində ən yaddaqalan hadisədi. Düşünürəm ki, "Qarabağ"a vurduğum qol sayəsində ömrümün sonuna qədər adım Avroliqanın statistikasında yer alacaq".

Hazırda "Slaviya"nın formasını geyinən xavbek Bakıya ikinci səfərindən qələbə ilə qayıtmaq istədiyini deyib: "Karyeramda ilk dəfə dünya çempionatının seçmə mərhələ görüşü üçün yığmaya çağırılmışam. Açığı, bu dəvəti gözləmirdim. Çünki son vaxtlar özümü yaxşı tərəfdən tam göstərə bilmirəm. Ümid edirəm ki, Bakı səfəri yenə mənim üçün düşərli olacaq və Çexiyaya qələbə ilə qayıdacağıq".

Şikora Azərbaycan yığmasında "Qarabağ"ın üzvlərinin çoxluq təşkil etdiyini vurğulayaraq, Ağdam klubunu tərifləyib: "Qarabağ" çox yaxşı komandadı. Hazırda bu klubun 9 futbolçusu Azərbaycan yığmasında çıxış edir. Onlar bu il "Kopenhagen"i üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandılar. Komandada yerli və əcnəbi futbolçuların vəhdəti yaranıb. Xüsusən, cinahları güclüdü. "Qarabağ"la oyunu yaxşı xatırlayıram. Həmin vaxt heyətlərində çoxlu braziliyalı futbolçu yer alırdı". Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31