Las-Veqas qatili ilə bağlı yeni görüntülər yayıldı - VİDEO
Amerikalı milyonçu, təqaüdçü Stiven Peddokun Las-Veqas şəhərində insanları gülləbaran etdiyi otel otağının görüntüləri yayılıb. "Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.
4 Oktyabr 2017 12:13 DünyaAmerikalı milyonçu, təqaüdçü Stiven Peddokun Las-Veqas şəhərində insanları gülləbaran etdiyi otel otağının görüntüləri yayılıb. "Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.
Polis əməkdaşları nömrənin qapısını sındıraraq içəri girənədək S.Peddok intihar edib. Las-Veqas şəhər polisi isə S.Peddokun atəş açdığı anlarda polis əməkdaşlarının otelə tərəf getdiyi anların əks olunduğu videonu yayıb. Milli.Az ABC-yə istinadən xəbər verir.