“Gecə qonağı 2” filmi təqdim olundu
Rejissor Kənan Mahmudovun çəkdiyi “Gecə qonağı 2” filminin qala gecəsi baş tutub. Olaylar bildirir ki, tədbir ulduz axını ilə yadda qaldı və məhşur aktyorlar, rejissorlar, tanınmış simaları bir araya toplandı.
4 Oktyabr 2017 11:17 MədəniyyətRejissor Kənan Mahmudovun çəkdiyi "Gecə qonağı 2" filminin qala gecəsi baş tutub. Olaylar bildirir ki, tədbir ulduz axını ilə yadda qaldı və məhşur aktyorlar, rejissorlar, tanınmış simaları bir araya toplandı.
Dram janrında çəkilən filmdə Ədalət zərgərdi, oğlu ilə yaşayır, Zarina isə məşhur aktrisadı, ölkədə onu hamı tanıyır, Ədalət və Zarina bir gün yol qəzasında tanış olurlar və hər şey bu tanışlıqdan sonra başlayır... Zarinanın həyatında görüşdüyü bir insan var və o insan Zarinaya görə öz ailəsini tərk edir. Lakin Ədalətlə olan tanışlıq Zarınanın həyatında hər şeyi alt- üst edir. Ədalət isə heç kimin bilmədiyi səbəblərə görə Zarina ilə münasibət yaratmaq istəmir və filmin sonunda bütün səbəblər bəlli olur.
Film artıq böyük ekranda yayımlanır.