Çinarə Məlikzadənin eks-əri İLK DƏFƏ evliliklərindən DANIŞDI: “Təklif gəlsə...”
Keçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar. Eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.
4 Oktyabr 2017 11:41 MədəniyyətKeçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar. Eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.
Təlaşlı və nisbətən gərgin görünən məşhurların hər ikisinə təklif gələrsə, eyni filmdə oynayıb-oynamayacaqları barədə sual ünvanladıq. Ç.Məlikzadə "Şəxsi həyatımla bağlı suallar verməyin" deyərək, sualımızı cavabsız qoydu. Bir neçə müddət öncə boşandığı Ə.Məmmədli isə suallarımıza belə cavab verdi: "Həyatdır, ola bilər, eyni filmdə oyanaya bilərik. Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Biri-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Təklif gəlsə ki, eyni filmdə oynayaq, qəbul etmərəm".
Qeyd edək ki, evlilik müddətləri bir il çəkməyən cütlüyün bu nikahdan övladı yoxdur. Publika.az