Ukraynadan siyasi sığınacaq istədi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkili Markiyan Qalabala maraqlı açıqlama verib. Sabiq prezident Ukraynadan sığınacaq istəyib.

Vəkilin sözlərinə görə, qanuna görə, siyasi sığınacaqla bağlı müraciətlər 24 saat ərzində cavablanmalıdır. Ancaq Ukraynanın Miqrasiya Xİdməti hələ ki, Saakaşvilinin müraciətinə nə mənfi, nə də müsbət cavab verib.

Xatırladaq ki, Gürcüstan tərəfi Ukraynadan Saakaşvilini ekstradisiya etməsini tələb etsə də, Ukrayna hökuməti siyasi sığınacaq istədiyi üçün Saakaşvilini ekstradisiya edə bilməz.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31