İspaniya kralı Kataloniyadakı referendum barədə bəyanat verdi

İspaniya kralı VI Felipe bəyan edib ki, Kataloniya hökuməti ölkə konstitusiyasını pozur. Onun bəyanatı ölkə başçısının rəsmi saytında yerləşdirilib. “Kataloniyada yerli hakimiyyət özünü qanun və demokratiyadan kənarda göstərdi. Onlar İspaniyanın birliyini sındırmaq istəyirlər. Öz məsuliyyətsiz hərəkətləri ilə onlar Kataloniyanın və bütün İspaniyanın iqtisadiyyatını və sosial stabilliyini təhlükə altına atırlar”, – bəyanatda deyilir.

İspaniya kralı VI Felipe bəyan edib ki, Kataloniya hökuməti ölkə konstitusiyasını pozur.

Onun bəyanatı ölkə başçısının rəsmi saytında yerləşdirilib.

"Kataloniyada yerli hakimiyyət özünü qanun və demokratiyadan kənarda göstərdi. Onlar İspaniyanın birliyini sındırmaq istəyirlər. Öz məsuliyyətsiz hərəkətləri ilə onlar Kataloniyanın və bütün İspaniyanın iqtisadiyyatını və sosial stabilliyini təhlükə altına atırlar", - bəyanatda deyilir.

Kral kataloniyalılara digər "ispaniyalıların tam dəstəyi"ni söz verib.

Xatırladaq ki, Kataloniyada oktyabrın 1-də keçirilən referendum zamanı seçicilərin 90 faizindən çoxu regionun İspaniyadan ayrılaraq müstəqil olmasına səs verib. Oxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31