Evans Azərbaycana güvənir

Bizi Almaniya ilə ağır oyun gözləyir. Bu matç Şimali İrlandiya üçün taleyüklüdü.Bunu  Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans deyib. DÇ-2018-in seçmə mərhələsinin C qrupunda yer alan Britaniya təmsilçisi sona 2 tur qalmış aktivində 19 xalla ikinci pillədə qərarlaşıb. Almaniya millisindən 5 xal geri qalan Maykl Onilin yetirmələri oktyabrın 5-də məhz Bundestimi qəbul edəcək.

Qələbə qazanacaqları təqdirdə xal fərqinin 2-yə enəcəyini vurğulayan Evans meydana yalnız bu məqsədlə çıxacaqlarını söyləyib: "Qrupda ən azı ikinci yeri təmin etmişik. Ancaq pley-off mərhələsindən dünya çempionatına yollanacağımıza zəmanət yoxdu. Doğrudu, inanılmaz rəqibə qarşı çıxış edəcəyik. Ümid edirik ki, bu sınaqdan üzüağ çıxarıq. Liderlik şansımızı son tura qədər davam etdirmək niyyətindəyik. Almaniyaya qalib gəlib, onların son turda büdrəmələrinə ümid edəcəyik".

Qeyd edək ki, Almaniya yığması qrupda son oyununu Azərbaycana, Şimali İrlandiya isə Norveçə qarşı keçirəcək. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31