Van Persinin məvacibini FİFA ödəyəcək
"Fənərbağça"nın futbolçusu Van Persinin millidə aldığı zədəsi 28 günü keçib. Bu səbəbdən də futbolçunun aylıq maaşı FİFA tərəfindən ödəniləcək.
3 Oktyabr 2017 18:11 İdman"Fənərbağça"nın futbolçusu Van Persinin millidə aldığı zədəsi 28 günü keçib. Bu səbəbdən də futbolçunun aylıq maaşı FİFA tərəfindən ödəniləcək.
Xatırladaq ki, Hollandiya millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Fransa ilə keçirilən matçın 64-cü dəqiqəsində zədələnərək meydanı yarımçıq tərk edən Persinin 3 həftəlik sıradan çıxdığı bildirilmişdi.
FİFA-nın 2012-ci ildən tətbiq etdiyi "klub qoruma proqramına" əsasən, millinin oyununda zədələnən futbolçunun zədəsi 28 gündən artıq olarsa, bu zaman ona həmin günlərdə çatmalı olan əmək haqqını qurum qarşılayır. Bunun üçün həm də, federasiya və klubdan zədəli olduğunu təsdiqləyən arayış təqdim olunmalıdır. Goal.az