Bərzaninin əsas rəqibi öldü
İraqın 6-cı prezidenti və Kürdüstan Vətənpərvərlik Birliyinin lideri Cəlal Tələbani 83 yaşında həyatını itirib. Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib. Onun səhhəti 2012-ci ilin dekabrında Bağdadda keçirdiyi beyin qanamasından sonra pisləşib. Müalicə üçün Almaniyaya gedən keçmiş prezident 2014-cü ilin iyulun 19-da Süleymaniyəyə dönüb. Növbəti dəfə Almaniyaya və Avstriyaya gedən Tələbani 2016-cı ilin sentyabrında Şimali İraq kürd muxtariyyətinə qayıdıb. O, bu ilin iyul ayında İranın paytaxtı Tehrana səfər edib. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub.
3 Oktyabr 2017 18:04 Dünyaİraqın 6-cı prezidenti və Kürdüstan Vətənpərvərlik Birliyinin lideri Cəlal Tələbani 83 yaşında həyatını itirib. Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib. Onun səhhəti 2012-ci ilin dekabrında Bağdadda keçirdiyi beyin qanamasından sonra pisləşib. Müalicə üçün Almaniyaya gedən keçmiş prezident 2014-cü ilin iyulun 19-da Süleymaniyəyə dönüb. Növbəti dəfə Almaniyaya və Avstriyaya gedən Tələbani 2016-cı ilin sentyabrında Şimali İraq kürd muxtariyyətinə qayıdıb. O, bu ilin iyul ayında İranın paytaxtı Tehrana səfər edib. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub.
Qeyd edək ki, Kürdüstan Vətənsevərlik Birliyinin lideri kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin əsas rəqibi sayılırdı. Publika.az xarici mediaya istinadən xəbər verir.