Kürd muxtariyyətinə NÖVBƏTİ ZƏRBƏ: hamısı qovuldular
Sentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub. İraq parlamenti Şimali İraq kürd muxtariyyətini təmsil edən millət vəkillərinin mandatını ləğv edib. Bundan başqa, Bağdad muxtariyyəti təmsil edən millət vəkillərinin geri dönməsini istəyib.
3 Oktyabr 2017 18:01 DünyaSentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub. İraq parlamenti Şimali İraq kürd muxtariyyətini təmsil edən millət vəkillərinin mandatını ləğv edib. Bundan başqa, Bağdad muxtariyyəti təmsil edən millət vəkillərinin geri dönməsini istəyib. Kürd milllət vəkillərinin mandatının ləğvi parlament sədri Səlim Cuburi və Şiə Milli Koalisiyası tərəfindən tələb edilib. Daha əvvəl İraq hökuməti muxtariyyətin nəzarəti altında olan Ərbil və Süleymaniyyə hava limanlarına beynəlxalq uçuşların həyata keçirilməsini qadağan edib. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.