Bakıda direktor işdən çıxarıldı

Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evlərində kadr dəyişikləri edilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub. H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

İdarənin digər əmrinə əsasən M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin direktoru Cavid Sahib oğlu Məlikov tutduğu vəzifədən azad olunaraq, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31