“SUEZ Groupe” nümayəndələri SOCAR-da olmuşlar
Oktyabrın 3-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Fransanın “SUEZ Groupe” şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul edib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Manuel Nivet “SUEZ Groupe” şirkətinin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, istehsalat-tullantı, habelə lay sularının emalı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, tullantıların idarə olunması sahələrində SOCAR ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
3 Oktyabr 2017 17:08 İqtisadiyyatOktyabrın 3-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Fransanın "SUEZ Groupe" şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul edib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Manuel Nivet "SUEZ Groupe" şirkətinin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, istehsalat-tullantı, habelə lay sularının emalı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, tullantıların idarə olunması sahələrində SOCAR ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-ın tullantıların idarə olunması istiqamətində gördüyü genişmiqyaslı işlər və əldə etdiyi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat vermişdir. Görüşün sonunda əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi üçün bilik, bacarıq və məlumatların mübadiləsi haqqında razılıq əldə olunub.