Musa Quliyev: “Azərbaycanın milli qurtuluş tarixi məhz bu günlə bağlıdır"

“3 oktyabr 1993-cü il Azərbaycan tarixinin ən şərəfli və həlledici günlərindən biridir. Bütün dövrlər üçün Azərbaycanın dövlətçilik və milli qurtuluş tarixi məhz bu günlə bağlıdır”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin ən şərəfli və həlledici günlərindən biridir. Bütün dövrlər üçün Azərbaycanın dövlətçilik və milli qurtuluş tarixi məhz bu günlə bağlıdır". Bunu "Səs" qəzetinə açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

M.Quliyevin sözlərinə görə, 3 oktyabr 1993-cü ildə keçirilən seçkilərdə Ümummilli Lider Heydər Əliyev xalqın böyük dəstəyini qazanmaqla ölkənin Prezidenti seçildi: "Bununlada 15 iyundan başlayan missiyanı Pezident kimi davam etdirməyə başladı. Bu günün həm də, bir neçə baxımdan böyük əhəmiyyəti var. Birincisi, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq ədalətli, azad səsvermə keçirildi. Bu seçkilərdə Azərbaycan xalqı azad, demokratik şəkildə öz iradəsini ifadə edərək, özünün ilk demokratik Pezidentini seçdi. İkincisi, Azərbaycan xalqının qırılmış ümidinin, inamının bərpası üçün bu seçkinin, bu günün çox böyük əhəmiyəti vardı. Azərbaycan xalqı haqlı olaraq inanırdı ki, onu düşdüyü ağır vəziyyətdən məhz ölkənin rəhbəri olan Heydər Əliyev çixaracaq".

Seçki gününü xatırladan millət vəkili qeyd edib ki, o günü biz Yeni Azərbaycan Partiyasının fəalları olaraq, müxtəlif yerlərdə həm təbliğat, həm də müşahidələr aparırdıq və görürdük ki, insanlar necə böyük coşqu ilə, necə böyük sevinclə, birliklə səsverməyə gəlir: "Bəlkə də müstəqil Azərbaycanın tarixində ilk seçki idi ki, insanlar çox böyük axınla bu seçkiyə gəlirdilər. Bu da həqiqətən də Azərbaycan xalqının müdrik xalq olduğunu və öz seçimində yanılmadığını göstərir. Məhz bundan sonra Azərbaycanda dövlət quruculuq prosesləri daha böyük sürətlə getməyə başladı. Ondan sonra islahatlar həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi bir çox müxtəlif ölkələrə səfərlərini etdi, müxtəlif ölkələrdən gələn rəsmi qonaqları qəbul etdi. Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bir çox nufuzlu təşkilatlarda Azərbaycan Prezidentinin gur səsi eşidildi. Bununlada Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. Bu günün böyük əhəmiyyəti həm də, ondan ibarət idi ki, xalq öz səsinə güvəndi və öz müstəqilliyinin sahibi olduğuna bir daha inandı. Və ondan sonrakı dövrlərdə də, keçirilən bütün seçkilər məhz bu seçkinin təcrübəsi və bazası əsasında quruldu. Çünki, açıq etiraf etməliyik ki, həm ötən əsrin 90-cı ilində Ayaz Mütəllibovun seçkisi, həm ondan sonra 1992-ci ildə Əbülfəz Elçibəyin keçirilən seçkiləri kifayət qədər saxtakarlıqla, qanun pozğunluqları ilə, bir çox hallarda isə insanlara qarşı hətta deyərdim alçaldıcı hərəkətləri ilə yadda qalmışdı. Yəni onların rəyi, razılığı olmadan onların yerinə səs verilmişdilər. Amma bu seçkidən sonrakı dövrdə Azərbaycanın həyatında dövlətçilik və demokratiya dövrü başladı. Xalqın dövlətinə və rəhbərliyinə inamı daha da gücləndi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31