Həştərxanda Üçüncü Xəzər Mediaforumu keçirilib

Rusiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə Həştərxanda Üçüncü Xəzər Mediaforumu baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Xəzəryanı ölkələrin –nümayəndə heyətləri iştirak edib.

Rusiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə Həştərxanda Üçüncü Xəzər Mediaforumu baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Xəzəryanı ölkələrin -nümayəndə heyətləri iştirak edib. Üçüncü Xəzər Mediaforumunun açılışından əvvəl Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Xəzəryanı ölkələrin jurnalistlərinin ifadə etdiyi ümumi fikrə görə Həştərxanda keçirilən mediaforumlar qonşu dövlətlər arasında təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmlənməsi üçün münasib məkandır. Forumda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) təqdim etdiyi  "Azərbaycan. Odlar yurduna səyahət" adlı film və "Aranfilm" yaradıcılıq mərkəzinin təqdim etdiyi "Sarıbaş" sənədli filmi nümayiş etdirilib. Filimlərə görə AzTv-nin baş redaktoru, aparıcı Tural Orucov və "Aranfilm" yaradıcılıq mərkəzinin bədii rəhbəri Tahir Əliyev "İnsan və Dəniz" nominasiyasına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31