ABŞ-ın yardımı ilə yeni məktəb binası inşa olunub
ABŞ Müdafiə Departamentinin (Pentaqon) Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni tikilmiş Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə. açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib. Tədbirdə çıxış edən ABŞ səfiri Robert Sekuta deyib ki, yeni inşa edilən bu məktəb Laçın rayonundan olan məcburi köçkün uşaqlarının daha yaxşı təhsil almasına kömək edəcək. Səfir qeyd edib ki, bu layihə ABŞ-ın Müdafiə Departamentinin Humanitar Yardım Proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir: “On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.
3 Oktyabr 2017 16:11 SosialABŞ Müdafiə Departamentinin (Pentaqon) Humanitar Yardım Proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni tikilmiş Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə. açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib. Tədbirdə çıxış edən ABŞ səfiri Robert Sekuta deyib ki, yeni inşa edilən bu məktəb Laçın rayonundan olan məcburi köçkün uşaqlarının daha yaxşı təhsil almasına kömək edəcək. Səfir qeyd edib ki, bu layihə ABŞ-ın Müdafiə Departamentinin Humanitar Yardım Proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir: "On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.