BDU və  Karlova Universitetinin 45 illik əməkdaşlığı

Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib.

Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlıq əlaqələrinin 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar bildirir ki, rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1972-ci ildə BDU və Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə hər iki ali təhsil ocağı üçün səmərəli olub, təhsil və elmimizə fayda gətirib. Ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbə mübadilədə iştirak edib, elmi əlaqələrin möhkəmlənməsinə xidmət göstəriblər.
Çexiya Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka Bakı Dövlət Universiteti və Karlova Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirib. Çexiyalı tələbələr və alimlərin BDU-nun Qubadakı Tədris-təcrübə və istirahət mərkəzində maraqlı tədqiqatlar apardığını bildirib, onlara yaradılan şəraitdən razı qaldıqlarını diqqətə çatdırıb.
Karlova Universitetinin professoru Daniel Frinta Bakı Dövlət Universiteti ilə 30 illik əlaqəsindən danışıb və BDU-nun onun üçün doğma məkan olduğunu bildirib.
Tədbir universitetlərarası əlaqələrin 45 illik şərəfli tarixinə həsr olunmuş sərgiyə baxışla yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31