Yaxın Şərqdə Türkiyə-Rusiya müttəfiqliyi

Ötən həftənin ən yadda qalan hadisələrindən biri də Rusiya və Türkiyə prezidentlərinin yenidən bir araya gəlməsi oldu. Ən son Ərdoğanla Putin Türkiyə prezidentinin şimal qonşumuza səfəri zamanı görüşmüşdü. Düzdür, həmin görüşdə Moskva ilə Ankara arasında məlum təyyarə böhranından sonra yaranan bir çox problemlər həllini tapdı. Amma müəyyən prinsipial məsələlər vardı ki, həmin məsələlərin həlli vaxt tələb edirdi. Və müəyyən bir aradan sonra Ərdoğan və Putin yenidən bir araya gəldi. İki ölkə prezidentlərinin Ankaradakı görüşünün Şimali İraqdakı referendumdan dərhal sonraya təsadüf etməsi də Putin-Ərdoğan görüşünün əhəmiyyətini artırırdı.

Bu həm Moskva, həm də Ankara üçün faydalıdır

Ötən həftənin ən yadda qalan hadisələrindən biri də Rusiya və Türkiyə prezidentlərinin yenidən bir araya gəlməsi oldu. Ən son Ərdoğanla Putin Türkiyə prezidentinin şimal qonşumuza səfəri zamanı görüşmüşdü. Düzdür, həmin görüşdə Moskva ilə Ankara arasında məlum təyyarə böhranından sonra yaranan bir çox problemlər həllini tapdı. Amma müəyyən prinsipial məsələlər vardı ki, həmin məsələlərin həlli vaxt tələb edirdi. Və müəyyən bir aradan sonra Ərdoğan və Putin yenidən bir araya gəldi. İki ölkə prezidentlərinin Ankaradakı görüşünün Şimali İraqdakı referendumdan dərhal sonraya təsadüf etməsi də Putin-Ərdoğan görüşünün əhəmiyyətini artırırdı. Prezidentlərin görüşündən bir neçə gün keçsə də, hələ də Ankara görüşünün nəticələri ətrafında müzakirələr aparılır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ankaraya səfərinin iki əsas məqsədi var idi: "Birincisi, Putin Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdıracaq "Türk axını" boru xəttinin tikintisinin vaxtında başa catacağına dair Ərdoğandan təminat almaq istəyirdi və həmin təminat Kreml sahibinə verildi. İkincisi, Putin Rusiyanın Türkiyədə atom elektrik stansiyasının vaxt itirmədən tikintisinə başlamasında maraqlıdır. Bu saziş Rusiyaya on milyardlarla dollar gəlir gətirəcək". Politoloqun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Vladimir Putinlə görüşdən qazanclı çıxdı: "Birincisi, Rusiyanın C-400 raketlərinin Türkiyəyə çatdırılması prosesinə başlanılıb. Bu həm Türkiyə, həm də Rusiya üçün vacib anlaşmadır. Türkiyə Qərb ölkələrindən ala bilmədiyi müasir raketlərə sahib olur, Rusiya isə tarixində ilk dəfə NATO-ya üzv olan dövlətə hərbi texnika satmaqla beynəlxalq aləmdə silah istehsalçısı kimi imicini gücləndirdi. İkincisi, nəhayət ki, Rusiya öz bazarını Türkiyə pomidorları üçün açdı. Bu məşhur təyyarə olayından (Türkiyənin hava sahəsinin pozulması nəticəsində Rusiyanın hərbi təyyarəsi vurulmuş və nəticədə iki ölkə arasındakı münasibətlər gərginləşmişdi) sonra iki ölkə arasındakı münasibətlərdə həll olunmamış yeganə məsələ idi. Türkiyə və Rusiya prezidentlərinin Suriyadakı vəziyyətə baxışı da bir-birinə yaxındır. Hər iki dövlət Suriyada əməkdaşlıq edir, bir-birlərinin maraqlarına zidd addım atmırlar". Elxan Şahinoğlu bildirib ki, Putinin Ankaraya səfəri zamanı sadəcə bir məsələ müəammalı qaldı: "Putin və ondan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Şimali İraqdakı referendumla bağlı Iraqın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlamışdılar. Ancaq Putin və Rusiya XİN bu məsələyə bir cümlə ilə münasibət bildiriblər. Putin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab vermədi. Halbuki, Ərdoğan suallara cavab verməyə hazır idi. Görünür, Putin türkiyəli jurnalistlərin ona Şimali İraqdakı referendum və kürdlərin lideri Məsud Bərzani ilə bağlı sual verəcəklərini anladığından mətbuat konfransnda sadəcə bu mövzuda bir cümləlik açıqlama ilə kifayətləndi. Bu da ondan irəli gəlir ki, Putin Kürdüstan mövzusunda tərəfdaşları İraq, Türkiyə və İranın maraqlarına toxunmaq istəməsə də, müxtəlif kürd qruplaşmalara qarşı kəskin fikir də söyləmək istəmir. Putinin həmin qruplara gizli simpatiyası var".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə deyib ki, Vladimir Putin ciddi səbəb olmasa Ankara və ya harasa səfər etməzdi. Onun sözlərinə görə, Kreml rəhbəri ciddidən daha ciddi olmasa heç bir halda qəflətən səfər etməzdi: "Xüsusilə heç bir nūmayəndə heyətsiz həyata keçirməzdi. Həmçinin danışıqları da bağlı qapılar arxasında gizli aparmazdı. Bəs bu qədər ciddi, mūhūm səbəb nə ola bilər? Iki dövlət rəhbəri arasındakı belə təcili mūhūm, gizli danışıqlı görūş ölkədaxili yox, regional problem həlli ilə baglı ola bilər. Regiondakı qaynar problem isə bu saat kūrd məsələsidir. Bu mūhūm danışıqlarda məqsəd cox yəqin ki, hər şeydən sonra, Iraqın şimalında "Kūrdustan dovlət mūstəqilliyi" Referendumundan sonrakı yeni yaranmış siyasi şəraitdə Yaxın Şərqdə mövqe qazancı mūzakirəsi olar. Referendumdan sonraki dərhal isti-isti görūş də ona dəlalət edir ki, kūrd və onun referendum məsələsi və ūmumən də Yaxın Şərq projesində Rusiya və Tūrkiyənin movqeyi eyni imiş. Görünür, Türkiyə regiondakı proseslərdə çoxdan bəri Rusiya ilə bərabər imiş, Qərbə əks-qütb projesinə qoşulmaqla. Rusiya isə kürdlərə tarixən və hər zaman dəstək və himayəçi olmaqla, çətin ki, "Kürd Referendumu" Putinin "dobro"su olmadan həyata keçsin. Buradan da belə çıxır ki, indiki bu referendum məsələsi heç də Ərdoğan və Türkiyənin siyasi mənafeinə zidd olmamalıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31