Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur

"Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur".  “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri  Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

"Azərbaycanda həyata keçirilən sosial siyasətin nəticələri uğurludur".  "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri  Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O, bildirib ki, son illər Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb: "Aztəminatlı ailələr, təqaüdçülərin və digər güzəştli təbəqələrin sosial rifahını yüksəltmək üçün sistemli işlər həyata keçirilir. Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davamlı olaraq həyata keçirir. Təbii ki, bu tədbirlər əhalinin rifahının daha yüksəlməsi ilə nəticələnəcək. Bu və digər faktlar sübut edir ki, dövlətimiz insanların maddi rifahının güclənməsini prioritet istiqamət kimi qarşıya qoyub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31