Minsk qrupu səlahiyyətində olan təsir rıçaqlarından istifadə etmir

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində “söz oyunundan” o tərəfə keçməyib.

Qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maraqlıdırlar

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbədən cəmiyyətdə nüfuzunun itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür. Azərbaycan isə münaqişədən əziyyət çəkən tərəf kimi Minsk qrupunun formatının dəyişdirilməsində maraqlıdır. Məlumat üçün qeyd edək ki, bugünlərdə ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfərini reallaşdırdı. O, səfəri zamanı ölkə rəsmiləri, millət vəkilləri və siyasi partiya təmçilçiləri ilə görüşdü və bu görüşlərin əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münaqişəsi, gələn il 25 yaşı tamam olacaq ATƏT-in Minsk qrupunun və həmsədrlərin fəaliyyəti, konfliktin həllindəki durğunluq oldu. Lakin hələlik nə Minsk qrupunun nəformatında, nə də mahiyyətində dəyişikliyin ediləcəyi gözlənilın deyil. Millət vəkili Elman Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Millət vəkilinin dediyinə görə, həmsədrlər və ATƏT-in Minsk qrupu bu məsələdə prinsipiallıq göstərmir: "Həmsədrlərin regiona hər səfəri zamanı verilən bəyanatlar əvvəlki bəyanatlardan heç nə ilə fərqlənmir. Yəni onlar yeni fikir söyləyiblər. Münaqişə o zaman sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər. Amma görünən odur ki, Minsk qrupunun belə niyyəti yoxdur. Biz hətta onlar tərəfindən işğalçı dövlətin himayə olunmasını müşahidə edirik. Bu da cəmiyyətimizdə haqlı olaraq narazılıqla qarşılanır". Millət vəkili, ADİP sədri Asim Mollazadə də bu qənaətdədir ki, nəhayət, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti konkret nəticə verməlidir: "Danışıqlar prosesinin davam etməsi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür. Cəzasızlıq isə göründüyü kimi, nəticə vermir. Beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Ona görə də beynəlxalq birlik işğalçıya qarşı sərt mövqe nümayiş etdirməlidir".
Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Onun sözlərinə görə, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: "Ancaq Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Əfsuslar olsun ki, buna görə Ermənistana heç bir təzyiq göstərilmir. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu baxımdan həm BMT və onun srtukturları, həm də ATƏT və onun təsisatları münaqişənin həllində fəallıq göstərməli, problemin ədalətli çözümünə öz töhfələrini verməlidirlər". Millət vəkili hesab edir ki, Minsk qrupu münaqişənin həlli ilə bağlı hətta səlahiyyətində olan təsir rıçaqlarından istifadə etmir: "Nəyə görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən 3 ölkə-ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiqü etmirlər? Bu gün cəmiyyətimizi ən çox narahat edən problem Dağlıq Qarabağ məsələsi və erməni işğalında olan ata-baba yurdlarımıza baş çəkmək üçün Kəlbəcərə gedən iki vətəndaşımızın girov götürülməsidir. Beynəlxalq təşkilatların, xüsusən ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, həmsədrlərin buna açıq-aşkar göz yumması və ikiüzlü siyasət yeritməsi bizi narahat edir". B. Əliyevin sözlərinə görə, iki Azərbaycan vətəndaşının-Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürlməsi, onlar üzərində saxta məhkəmənin qurulması bir daha onu göstərir ki, Ermənistan dünyada terroru dövlət siyasəti səviyyəsinə qaldıran bir dövlətdir: "Bu ölkə dünyada həm də terroru dövlət siyasəti səviiyəsinə qaldıran, terroru, terrorizmi, terrorçuları himayə edən bir ölkə imici qazanıb. Azərbaycan ictimaiyyəti də, bizimlə görüşən seçicilər, qaçqın-köçkünlərimiz də haqlı olaraq soruşurlar və tələb edirlər ki, nəyə görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən 3 ölkə - ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiqü etmirlər?". Minsk qrupu da daxil olmaqla beynəlxalq təşkilatların və söz sahibi olan dövlətlərin ikili standart nümayiş etdirdiyini diqqətə çatdıran millət vəkilinin fikrincə, Daqlıq Qarabağı işğalçılardan Azərbaycan ordusu xilas edəcək: "Avqust ayında və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan ordusu nə qədər güclü və qüdrətlidir. O, istənilən an düşmənin hücumlarına layiqli cavab vermək və onu yerində oturtmaq qüdrətinə malikdir. Eyni zamanda bu hadisələr bir də onu göstərdi ki, bütövlükdə Azərbaycan gəncliyi Vətənin müdafiəsinə hazırdır. Onlar hər an Vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Bu, bizim hər birimizi sevindirir və ruhlandırır". Görünın odur ki, Minsk qrupunda təmsil olunan ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir. Belə halda həmin dövlətlərdən münaqişənin ədalətli həlli istiqamətində hansısa addım atacağını gözləmək sadəlövlük olardı.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31