İŞİD mübarizə taktikasını dəyişir

Dünyaya, əsasən də Yaxın Şərq, müsəlman aləminə demokratiya adı altında xaos, anarxiya bəxş edən, istehsal etdiyi silahlar və yaratdığı terror təşkilatları ilə on minlərlə insanın həyatına son qoyan Qərb, Avropa indi özü bu fəlakət, təhdidlərlə üz-üzədir. Bir tərəfdə separatizm, bölücülük fəaliyyətləri, digər tərəfdə terror. Yaxın bir neçə ildə, hətta bir neçə ayda Avropanın yuxusunu ərşə gətirən beynəlxalq terror şəbəkəsi, indi də Birləşmiş Ştatları hədəf seçib. Əslində Amerika elə Avropadan əvvəl beynəlxalq terrorizmin hədəfində idi.

Terror təşkilatı Qərbə, Avropaya istiqamət götürür

Dünyaya, əsasən də Yaxın Şərq, müsəlman aləminə demokratiya adı altında xaos, anarxiya bəxş edən, istehsal etdiyi silahlar və yaratdığı terror təşkilatları ilə on minlərlə insanın həyatına son qoyan Qərb, Avropa indi özü bu fəlakət, təhdidlərlə üz-üzədir. Bir tərəfdə separatizm, bölücülük fəaliyyətləri, digər tərəfdə terror. Yaxın bir neçə ildə, hətta bir neçə ayda Avropanın yuxusunu ərşə gətirən beynəlxalq terror şəbəkəsi, indi də Birləşmiş Ştatları hədəf seçib. Əslində Amerika elə Avropadan əvvəl beynəlxalq terrorizmin hədəfində idi. Məlum 11 sentyabr terraktlarını yada salmaq kifayətdir. O zaman Birləşmiş Ştatları demək olar ki, ürəyindən vuran beynəlxalq terrorizm Avropada öz missiyasını həyata keçirdikdən sonra, yenidən okeanın o tayına istiqamət götürüb. Bu dəfə isə beynəlxalq terrorizmin hədəfində Birləşmiş Ştatların Las Veqas əyaləti oldu. Məlum olduğu kimi ötən gün Birləşmiş Ştatların Las Veqas əyalətində dəhşətli terror aktı həyata keçirildi. Musiqi festivalına gələn iştirakçılara edilən silahlı hücum nəticəsində 50-dən artıq şəxs həlak oldu, yüzlərlə insan müxtəlif dərəcəli xəsarət aldı. Məlum terrakt baş verən andan ilk meydana çıxan sual bu oldu ki, terroru hansı qüvvə həyata keçirib. Elə sualın cavabını da günümüzdə bəşəriyyətin ən böyük bəlası sayılan İŞİD terror təşkilatı verdi və terror aksiyasının məsuliyyətini öz üzərinə götürdü. Las Veqas terrorunu İŞİD-in öz üzərinə götürməsi də öz-özlüyündə bir sıra sualların meydana çıxmasına səbəb olub. Belə ki, İŞİD terror təşkilatı hansı səbəbdən bu dəfə hədəf kimi Birləşmiş Ştatları seçib? Yaxud bu İŞİD-in Yaxın Şərqdəki mövqelərinin zəifləməsi deməkdirmi? Ən əsası terror şəbəkəsinin Yaxın Şərqdən sıxışdırılması İŞİD-in Avropa və Birləşmiş Ştatlara transfer etməsi anlamı verirmi? Las Veqas terrorundan sonra Parisdə də terror hazırlığında şübhəli bilinən bir neçə nəfərin həbs edilməsi sonuncu versiyanı təsdiqləmiş olur. Məlumat üçün qeyd edək ki, Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb. Saxlanılanların kimliyi hələ ki, açıqlanmır. Saxlanılanların  terror qruplaşmaları ilə əlaqəli olub-olmadıqları araşdırılır. Belə ki, sentyabrın 30-a keçən gecə Parisin cənub-qərbində yaşayış evinin qarşısında 4 qaz balonu,  onların ətrafında yerə tökülmüş yanacaq məmulatı və rabitə vasitələri aşkarlanıb. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Birləşmiş Ştatların Las Veqas şəhərində törədilmiş terror aktını İŞİD-in öz üzərinə götürməsi, onu göstərir ki, artıq bu təşkilat Yaxın Şərqdə əraziləri itirdikcə, yer altı dünyaya çəkilir. Politoloq onu da bildirib ki, Qeyd edək ki, İŞİD terror təşkilatının bu kimi oxşar hücumları artırması gözlənilir: "Dünyada dözümsüzlük və sivilizasiyaların toqquşması baş verir. Bu gün terrorun inkişaf etməsində bunun rolu böyükdür.İŞİD-ə qarşı anti-terror əməliyyatları aparan dövlətlər, qabaqlayıcı kəşfiyyat və təhlükəsiz tədbirləri aparmasalar, bu kimi terraktlarla üzləşəcəklər. Əsas hədəf, yenə də Qərb dünyası olacaq. 
Avropanın bir sıra ölkələrində terror aktları həyata keçirən İŞİD-in Birləşmiş Ştatları hədəf seçməsi təccüblü görünməməlidir. Çünki, beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ, IŞID-ə qarşı hərbi əməliyyatlar həyata keçirir. Bu təşkilatın parçalanmasına yol açıb". Məhəmməd Əsədullazadə deyib ki, Suriyada terror təşkilatının "paytaxtı" Rakkanın alınma əməliyyatı İŞİD-i daha da Qərbə qarşı hücuma keçməyə sövq edib: "Bu mənada terror təşkilatının revanş hücumlarını genişləndirməsi gözlənilir. Xüsusilə, Las Veqasdakı qanlı hadisə sıradan və təsadüfi hadisə deyil. Belə bir qanlı terraktlar, məhz İŞİD üçün xarakterikdir. Həmçinin əvvəlcədən planlaşdırılmış bir terrordur". Politoloqun qənaətincə, Birləşmiş Ştatlarda gecə klub və festivalların hədəf seçilməsi ona görə baş verir ki, bu kimi yerlərdə təhlükəsizlik sistemi zəif olur: "Buna görə də terrorçuların rahat şəkildə qanlı olayı həyata keçirməsində ciddi problem olmur. İŞİD təkcə ABŞ-da deyil, Rusiyanın reginonlarında da belə bir terror aktları keçirə bilər. Çünki, Rusiya da terror təşkilatına sarsıdıcı zərbələr vurur. Şimali Qafqaz hələ də terror təşkilatları üçün əsas baza olaraq cəlbediciliyini saxlayır". Məhəmməd Əsədullazadə onu da diqqətə çatdırıb ki, Azərbaycan da terror təhlükəsindən sığortalanmayıb: "Müəyyən qruplar var ki, Suriyada İŞİD sıralarında döyüşüb. Onların geri dönüşü təhlükəlidir və belə adamlar İŞİD-in tapşırıqlarını yerinə yetirməyə hazırdırlar. Ölkənin güc və təhlükəsizlik strukturlarının peşəkarlığı nəticəsində bir neçə ildir həmin terrorçu şəbəkənin üzvləri zərərləşdirilir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31