TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başlayıb
TürkPA üzv parlamentləri dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verib. Təşkilatdan verilən məlumata görə, Qırğızıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.
3 Oktyabr 2017 13:05 SiyasətTürkPA üzv parlamentləri dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verib. Təşkilatdan verilən məlumata görə, Qırğızıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.
Danışıqlar zamanı TürkPA-nın yüksək səviyyəli toplantısının gündəliyi və proqramı ilə bağlı olan məsələlər müzakirə edilib. Trend.az