Tədris Cərrahiyyə Klinikasında - Nadir Əməliyyat
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir cərrahiyyə əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, pilorostenoz xəstəliyindən əziyyət çəkən iki körpə əməliyyat olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, son 1 həftə ərzində pilorostenoz xəstəliyi diqanozu ilə klinikaya iki uşaq daxil olub.Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü biruzə verib. Nəticədə hər iki uşaqda diaqnostik çətinlik olduğuna görə, klinikaya gecikmiş halda ağır hipotrofiya ilə daxil olub.
3 Oktyabr 2017 13:21 SosialAzərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir cərrahiyyə əməliyyat həyata keçirilib. Olaylar bildirir ki, pilorostenoz xəstəliyindən əziyyət çəkən iki körpə əməliyyat olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, son 1 həftə ərzində pilorostenoz xəstəliyi diqanozu ilə klinikaya iki uşaq daxil olub.Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü biruzə verib. Nəticədə hər iki uşaqda diaqnostik çətinlik olduğuna görə, klinikaya gecikmiş halda ağır hipotrofiya ilə daxil olub.
Qeyd edək ki, pilorostenoz - mədənin pilorik hissəsinin əzələ qatının hipertrofiyasıdır. Bu zaman qalınlaşmış əzələ qatı pilorusu tam qapadığına görə, insanda fəvvarəşəkilli qusmalar başlayır. Qusma sağlam yenidoğulan uşaqların həyatının 3-4-cü həftələrində qəflətən başlayır. Bu zaman qusmanın miqdarı qəbul olunan qidadan çox olur. Xəstəlik hər 1000 yenidoğulandan 2-3-də rast gəlinir. Oğlanlarda xəstəliyin rastgəlmə tezliyi qızlara nisbətən 2-5 dəfə yüksəkdir. Pilorostenoz xəstəliyi özünü həm tez, həm də gec biruzə verə bilər.