Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı
Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub. Məlumata görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb.
3 Oktyabr 2017 12:44 DünyaKəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub. Məlumata görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb. Səkkiz saat davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib. Atışmalar zamanı 3 hərbçi yaralanıb. Hadisə ilə əlaqədar Srinaqar şəhərinin hava limanı 5 saat müddətinə işini dayandırmalı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31