Sevgilisi ilə öpüşən məktəbli qızı videoya çəkib, təcavüz etdilər

Türkiyənin Kayseri şəhərindəki məktəblərin birində 15 yaşlı qız təcavüzə uğrayıb. 15 yaşlı B.Ş özündən bir sinif yuxarı olan sevgilisi ilə məktəbin həyətində öpüşüb. Bunu görən qızın sinif yoldaşları qızı videoya çəkiblər.

Türkiyənin Kayseri şəhərindəki məktəblərin birində 15 yaşlı qız təcavüzə uğrayıb. 15 yaşlı B.Ş özündən bir sinif yuxarı olan sevgilisi ilə məktəbin həyətində öpüşüb. Bunu görən qızın sinif yoldaşları qızı videoya çəkiblər. Onlar qızı video ilə şantaj edərək ona təcavüz ediblər. Üç oğlan birləşərək qızı təhdid edib, videonu onun valideynlərinə göstərməklə hədələyiblər. Qız qorxusundan onların təklifini qəbul edib. Daha sonra baş verənlər müdriyyətə çatıb. Məsələ böyüyüb və qızın ailəsi məhkəməyə baş vurub. Məhkəmədə oğlanların həbsi tələb olunsa da, onlar sərbəst buraxılıblar. Milli.az "Haberler"ə istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31