"Araz" UEFA Kubokunda mübarizə aparacaq

11-14 oktyabr tarixlərində Rumıniyanın Deva şəhərində 2017-2018-ci il UEFA Futzal Kubokunun seçmə mərhələsinin oyunları keçiriləcək.  Deva şəhərinin İdman sarayında təşkil olunacaq yarışda VIII qrupda yer alan Azərbaycan çempionu "Araz" (Naxçıvan) "Luksol St Endryus" (Malta), "Mostar" (Bosniya və Herseqovina) və meydan sahibi "FC Deva" klubları ilə qarşılaşacaq.

Qrup mərhələsinin təqviminə əsasən, Naxçıvan təmsilçisi ilk oyununu oktyabrın 11-də "Mostar"a qarşı keçirəcək. Ertəsi gün "Araz" "Luksol St Endryus"lə, oktyabrın 14-də isə meydan sahibi "FC Deva" ilə üz-üzə gələcək. İlk iki qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da, sonuncu oyun isə saat 19:00-da başlanacaq. Qrupun qalibi 21-26 noyabr tarixlərində keçiriləcək futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinə birbaşa vəsiqə əldə edəcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31