Teatr Beynəlxalq Festivallarda...
Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Olaylar bildirir ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Festivalda teatr A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunur.
3 Oktyabr 2017 11:33 MədəniyyətDövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində keçirilən "Keyeda" uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib. Olaylar bildirir ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Festivalda teatr A.Şaiqin "Tıq-tıq xanım" tamaşası ilə təmsil olunur. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlıdır. Tamaşada əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Elşən Şıxəliyev və Xalq Artisti Ağaxan Salmanlı ifa edəcəklər.
Festivalın münsiflər heyətinin tərkibi Rusiyadan, Qazaxstandan və digər ölkələrdən dəvət edilmiş tanınmış teatr mütəxəssislərindən ibarətdir.
Polşa, İspaniya, Ukrayna, Slovakiya, Böyük Britaniya və Türkiyədən olan peşəkar teatrların iştirak etdiyi dək Ukrayna Respublikasının Kiyev şəhərində keçiriləcək "Mariya" adlı Beynəlxalq mono tamaşalar festivalında ölkəmiz də təmsil olunacaq. Festivalda Gənc Tamaşaçılar Teatrı P.Züskindin "Kontrabas" tamaşası ilə iştirak edəcək. Tamaşada ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov çıxış edir.