Aydın Talıbzadə “Faciə: Janriçi mutasiyalar” kitabının təqdim etdi
Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib. Olaylar bildirir ki, ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçən təqdimat mərasimində Universitetin rektoru professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” adlı kitabın olduqca maraqlı və mürəkkəb olduğunu deyərək, müəllifə yaradıcılıq uğurları arzulayıb. Universitetin professor-müəllim heyətindən Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli, Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov və digər müəllif və təqdim olunan kitab haqqında dəyərli fikirlərini bölüşüblər.
3 Oktyabr 2017 11:57 SosialMədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin "Faciə: Janriçi mutasiyalar" adlı kitabının təqdimatı keçirilib. Olaylar bildirir ki, ADMİU-nun "Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi"ndə keçən təqdimat mərasimində Universitetin rektoru professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva "Faciə: Janriçi mutasiyalar" adlı kitabın olduqca maraqlı və mürəkkəb olduğunu deyərək, müəllifə yaradıcılıq uğurları arzulayıb.
Universitetin professor-müəllim heyətindən Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli, Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov və digər müəllif və təqdim olunan kitab haqqında dəyərli fikirlərini bölüşüblər.
Aydın Talıbzadə qonaqlara təşəkkürünü bildirib. Müəllifi olduğu "Faciə: Janriçi mutasiyalar" adlı kitabda dünya mədəniyyətində mövcud müəyyən problemləri işıqlandırdığını və kitabın oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildirib.