Verner Almaniya millisindən uzaqlaşdırıldı

Almaniya millisində növbəti itki baş verib. Hücumçu Timo Verner komandadan uzaqlaşdırılıb. Buna səbəb gənc forvardın Çempionlar Liqasının qrup mərhələsində "Beşiktaş"la səfər matçında xəsarət alması göstərilib. Belə ki, "Leypsiq"in 0:2 hesabı ilə məğlub olduğu görüşdə azarkeşlərin səsindən qulağı batan və boyun əzələsində ağrılar hiss edən Verner Bundesliqanın ötən turunda "Köln"lə matçı buraxmışdı.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Azərbaycanla üz-üzə gələcək Bundestimdə baş məşqçi Yoahim Löv də Vernerin xidmətindən məhrum qalıb. Onu heyətdən çıxaran təcrübəli mütəxəssis yerinə heç kimi çağırmaq fikrində deyil və qarşıdakı görüşlərə 22 oyunçu ilə hazırlaşacaq. Vernerlə yanaşı, Manuel Noyer, Yonas Ektor, Mario Qomes, Məsut Özil və Sami Xedira da zədə ucbatından Bundestimdən kənarda qalıblar.

Qeyd edək ki, oktyabrın 5-də Belfastda Şimali İrlandiyanın qonağı olacaq Almaniya yığması bundan 3 gün sonra Kayzerslauterndə millimizi qəbul edəcək. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31