Sarı kart alan futbolçu oyundan qovuldu
Transfer mövsümünün başlanğıcında Türkiyənin “Beşiktaş” klubundan Fransanın “Lyon” klubuna transfer edilən Marselo Quedes çıxdığı son matçdan qəribə formada qovulub.
2 Oktyabr 2017 19:35 İdmanTransfer mövsümünün başlanğıcında Türkiyənin "Beşiktaş" klubundan Fransanın "Lyon" klubuna transfer edilən Marselo Quedes çıxdığı son matçdan qəribə formada qovulub.
Publika.az xəbər verir ki, "Angers" komandası ilə keçirilən matçda kobud oyununa görə sarı kartla cəzalandırılan oyunçu etiraz edərkən əli sərt şəkildə hakimin əlinə toxunub və sarı kart yerə düşüb.
M.Quedesin bu kobud hərəkətini bağışlamayan hakim isə ona birbaşa qırmızı kart çıxararaq meydançadan qovub.
Komandanın ən yaxşı müdafiəçisi olan Marselo oyun tərk etməzdən öncə komandası 3-1 hesabı ilə öndə olub. Qırmızı kart çıxdıqdan sonra "Lyon" qapısını müdafiə edə bilməyib və matç 3-3 hesabı ilə başa çatıb.