Saçlarını satıb ailəsinə ev aldı
Braziliyada yaşayan "Braziliyalı Rapunzel" ləqəbli Nataşa Moraeş de Andrade doğulduğundan bəri kəsilməyən saçları ilə ailəsini ev sahibi edib. Saçlarını yumağa həftədə 4 saat sərf edən 12 yaşlı Nataşa saçlarının 1.6 metr uzunluğundakı hissəsini 5 min dollar müqabilində kəsdirərək, əldə olunan pulla ailəsinin ev almasına kömək göstərib.
2 Oktyabr 2017 18:35 DünyaBraziliyada yaşayan "Braziliyalı Rapunzel" ləqəbli Nataşa Moraeş de Andrade doğulduğundan bəri kəsilməyən saçları ilə ailəsini ev sahibi edib. Saçlarını yumağa həftədə 4 saat sərf edən 12 yaşlı Nataşa saçlarının 1.6 metr uzunluğundakı hissəsini 5 min dollar müqabilində kəsdirərək, əldə olunan pulla ailəsinin ev almasına kömək göstərib. Saçlarını kəsdirən zaman ağladığını deyən qız indi onları yumaq üçün cəmi 10 dəqiqə vaxt itirdiyini dilə gətirib. Metbuat.az