Ermənistanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb
Naməlum şəxs İrəvandakı “Ermənistan” tibb mərkəzinə girərək odlu silahdan nizamsız atəş açıb. Məlumata görə, bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən yazıb.
2 Oktyabr 2017 17:58 DünyaNaməlum şəxs İrəvandakı "Ermənistan" tibb mərkəzinə girərək odlu silahdan nizamsız atəş açıb. Məlumata görə, bu barədə "news.am" Ermənistan polisinin mətbuat xidmətinə istinadən yazıb. Şübhəli şəxs silahı çantasında gizlədərək xəstəxanaya daxil olub. Atəş açdıqdan sonra hadisə yerindən qaçmağa çalışsa da, mərkəzin təhlükəsiz xidməti əməkdaşları onu saxlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31